Alanyada soyqırım sərgisi
Türkiyənin
Alanya şəhərinin
Atatürk meydanında 31 mart-Azərbaycanlıların
Soyqırımı günü ilə əlaqədar
"Ermənilərin Azərbaycanda törətdikləri
soyqırımları fotolarda" adlı fotosərgi
açılıb. Tədbir Azərbaycan Parlament
Jurnalistləri Birliyi
(PCB) və Azərbaycan Dövlət Teleqraf
Agentliyinin (AzərTAc)
təşəbbüsü, Türkiyə Qəzetçilər
Federasiyası (TQF) və Alanya Qəzetçilər Cəmiyyətinin
(AQC) təşkilatçılığı ilə təşkil
olunub.
Fotosərgidə ermənilərin
1918-ci ildə Azərbaycanın müxtəlif regionlarında
törətdikləri kütləvi qətliamları,
1990-cı ildə baş vermiş 20 Yanvar hadisəsini, XX əsrin
ən dəhşətli faciəsi olan Xocalı
soyqırımını, habelə 1988-1994-cü illərdə
erməni silahlı birləşmələrinin zəbt etdikləri
Azərbaycan torpaqlarında törədilən digər dəhşətləri,
eləcə də Azərbaycanın işğal
altındakı tarixi-mədəni abidələrinin aqibətini
özündə əks etdirən fotolar nümayiş
etdirilir. Alanya Qəzetçilər Cəmiyyətinin sədri
Məhmət Əli Dim, PJB-nin sədri Elşad Eyvazlı, AzərTAc-ın
bölmə müdiri, PJB sədrinin müavini Xətai Əzizov
sərginin əhəmiyyətindən danışıb, ermənilərin
zaman-zaman türklərə və azərbaycanlılara
qarşı irəli sürdükləri əsassız ərazi
iddiaları, erməni vəhşilikləri barədə ətraflı
məlumat veriblər. Sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, belə
bır tədbir bu gün Ankarada Zəfər
Çarşısı sərgi salonunda da keçiriləcək.
Aqil
ASLAN
Ekspress.-
2010.- 31 mart.- S. 5.