Səfurə
Əlizadənin Avropa promo-turu
başladı
"Eurovision-2010" mahnı
müsabiqəsində Azərbaycanı təmsil edəcək
Səfurə Əlizadə Almaniyaya səfər edib.
APA-nın məlumatına görə, səfər Səfurə
Əlizadənin və onun ifa
edəcəyi "Drip
drop" mahnısının
tanıdılması məqsədilə həyata keçirilib. Artıq iki gündür ki, bu ölkədə səfərdə
olan təmsilçimiz
Almaniyanın Münhen,
Köln, Berlin və Hamburq şəhərlərində
promo-aksiyalar həyata keçirib,
canlı verilişlərdə
qonaq olub.
S.Əlizadə bildirib
ki, bu həyat
onu heç də yormur və o, "Eurovision-2010" müsabiqəsi
uğurla başa çatdıqdan sonra istirahət edəcək:
"Mən artıq qatarlarda yatmağa öyrəşmişəm. Bu heç də məni
sıxmır və yorğun deyiləm. Əksinə, bu həyat məni
cəlb edir və ölkəmizi layiqincə təmsil etmək üçün əlimdən
gələni edirəm. Çox
şadam ki, "Drip drop" mahnısından bütün
insanların xoşu gəlir. Bunu
görmək çox
gözəl bir hissdir.
Görürəm ki, insanlar
əziyyətimizi qiymətləndirirlər.
Sadəcə, təəssüflənirəm ki,
mən promo-tur çərçivəsində
olacağım ölkələri gəzə bilməyəcəyəm,
çünki buna vaxtım olmayacaq".
Təmsilçimizin sözlərinə görə, o, 55-ci "Eurovision" müsabiqəsi başlayana
qədər promo-turlarda
olacaq.
S.Əlizadə sıx proqrama
baxmayaraq vokal məşqləri, ingilis dilinin dərslərini davam etdirəcəyini qeyd edib.
Səfurə Almaniyada
"DPA" agentlyinə, "Berliner Zeitung", "Welt am Sonntag"
qəzetlərinə müsahibələr
verib, "BLR", "RPR" televiziya kanallarındakı
şoularda iştirak edir.
Dünən o, Almaniyada səfərini
başa vurub, promo-tur çərçivəsində
Niderland, Yunanıstan,
İsveçrə, Belçika,
Polşa və Rusiyaya səfər edəcək.
Ekspress.- 2010.- 4 may.- S. 14.