Adil İsgəndərov-
100
Adil İsgəndərov
anıldı
"Azdrama"nın
kollektivi görkəmli
aktyorun məzarını ziyarət etdi
Mayın 5-də Azərbaycanın
görkəmli rejissoru və
aktyoru Adil İsgəndərovun anadan
olmasının 100 ili tamam
olur. APA-nın məlumatına görə,
bununla əlaqədar mərhum sənətkarın uzun
illər çalışdığı
Azərbaycan Dövlət Akademik Milli Teatrının kollektivi onun II Fəxri
Xiyabandakı məzarını ziyarət ediblər. Ziyarət
zamanı teatrın rəhbərliyi, eləcə də aktyor və aktrisalar Adil İsgəndərovun Azərbaycan
teatrına verdiyi töhfələrdən
danışıblar.
Teatrın direktoru Maqbet Bünyatov
milli teatrımızın 25 ilinin onun adı ilə
bağlı odluğunu diqqətə çatdırıb:
"68 illik ömrünün az qala yarısını Azərbaycan
Milli Dram Teatrının inkişafına həsr edən Adil
İsgəndərov rəhbərlik etdiyi bu sənət
ocağında əsl yaradıcılıq məktəbi
yaratdı. Dövrünün ən yüksək titullarına
-SSRİ xalq artisti, SSRİ dövlət mükafatı
laureatı adlarına layiq görülən rejissor, aktyor,
pedaqoq Adil İsgəndərovun həyatının mənası
teatr idi. O, sənətə özünəməxsus dəst-xətt,
yaradıcılıq yenilikləri bəxş edib".
Kollektiv Mikayıl Mirzə, Tofiq
Kazımov, Həsən Turabov və digər mərhum
aktyorların da məzarını ziyarət edib.
Adil Rza oğlu İsgəndərov
1910-cu il mayın 5-də Gəncə şəhərində
dünyaya göz açıb. 1930-cu ildə Azərbaycan
Dövlət Teatr Məktəbini, 1936-cı ildə Moskva
Dövlət Teatr Sənəti İnstitutunu bitirib. Onun teatrda
ilk işi 1936-cı ildə A.Korneyçukun "Platon
Kreçet" pyesi (bu əsər Azərbaycan dilinə
çevrilib və "Polad qartal" adı ilə
oynanılıb) olub. 1937-ci ildə teatrın bədii rəhbəri
təyin edilən sənətkar 1960-cı ilin sonuna qədər
kollektivin yaradıcılıq işini istiqamətləndirib. Adil
İsgəndərovun yaratdığı monumental tamaşalar
indi də teatr tarixinin ən şərəfli səhifələri
hesab edilir: Mirzə İbrahimovun "Həyat", Səməd
Vurğunun "Vaqif", "Fərhad və Şirin",
Sabit Rəhmanın "Xoşbəxtlər", Nazim Hikmətin
"Türkiyədə", İlyas Əfəndiyevin
"Bahar suları", Mehdi Hüseynin "Cavanşir", Ənvər
Məmmədxanlının "Şərqin səhəri"
və başqaları. Rejissorun Şekspirin "Otello"
pyesinə Azərbaycan teatrında da səhnə həyatı
verməsi yalnız sənətkarın deyil, milli mədəniyyətin
ən böyük uğurlarından idi.
Adil İsgəndərovun adı həm
də böyük Hüseyn Cavidin milli teatra tarixi
qayıdışı ilə bağlıdır. 1956-cı ildə
yüksək səviyyədə hazırlanan "Şeyx Sənan"
tamaşası 20 illik fasilədən sonra yenidən teatra
dönən Hüseyn Cavidin unudulmaz xatirəsinə hörmətin,
eyni zamanda, Adil İsgəndərovun rejissor sənətinin əzəmətinin
parlaq nümayişi olub.
Ekspress.- 2010.- 6 may.- S. 11.