İslam şairlərinin “Sevgi fəsli”
Mayın 19-da M.F.Axundov adına
Milli Kitabxanada Mədəniyyət və
Turizm Nazirliyinin maliyyə dəstəyi işıq üzü görən "Sevgi fəsli" kitabının
təqdimat mərasimi
keçirilib. Tədbiri kitabxananın
direktoru Kərim Tahirov açaraq bildirib ki, "Bakı -İslam mədəniyyətinin paytaxtı-
2009” tədbirləri çərçivəsində
nəşr edilən kitabda İslam ölkələri şairlərinin
şeirləri toplanıb:
"Bu qəbildən olan
kitabların təbliği
mütləqdir. Biz də Milli Kitabxana
olaraq bu toplunun İslam ölkələrinə
göndərilməsini təmin
edəcəyik". Kitabın
tərtibçisi və
redaktoru Ağacəfər Həsənli isə bu kitabı azad sözün təntənəsi kimi qiymətləndirib. Qeyd edib ki, "Çinar-çap" nəşriyyatında
buraxılan
"Sevgi fəsli”nə
Türkiyə, İraq,
İran, Özbəkistan, Qazaxıstan,
Pakistan, Misır, Əfqanıstan, Türkmənistan,
Qırğızıstan, Tacikistan, Fələstin,
Livan, və təbii ki, Azərbaycan ədəbiyyatının
istedadlı nümayəndələrinin
şeirləri daxil edilib: "Müxtəlif ədəbi nəsilləri
təmsil edən söz ustaları əsasən İslami-mədəni-mənəvi
dəyərlərin, insan
sevgisinin vəsfinə
nail olub, duyğu və düşüncələrini obrazlı ifadə etməyi bacarıblar. Kitabda çağdaş ədəbiyyat
nümunələri toplanıb.
Çünki klassikləri tanıyan
oxucuların çağdaş
ədəbiyyat barədə
o qədər də təsəvvürləri yoxdur. Ümumiyyətlə, kitabı hazırlayanda
da çətinliklə
qarşıladıq. Milli Kitabxananın kollektivinin də böyük zəhməti oldu. Müxtəlif jurnallardan, antologiyalardan və almanaxlardan böyük zəhmət nəticəsində
bu şeirlərin bəzilərini toplaya bildik. Hər halda ilk təcrübə olduğundan, düşünürəm ki,
uğurlu alınıb".
AYXAN
Ekspress.- 2010.- 20 may.- S. 14.