Səfurə
finala çıxdı
Dünən Norveçin
paytaxtı Oslonun
"Telenor Arena" mərkəzində "Eurovision-2010"
mahnı müsabiqəsinin II yarımfinalı keçirildi
və yarışda
Azərbaycanı təmsil edən Səfurə Əlizadə öz "Drip drop" ("Damcı") mahnısı ilə
finala çıxdı.
İTV ilə canlı yayımlanan yarışa 17 ölkə - Azərbaycan, Türkiyə, Ukrayna, Danimarka, İsrail, Litva, İsveç, İsveçrə, Gürcüstan,
Bolqarıstan, Xorvatiya, Kipr, İrlandiya, Niderland, Rumıniya, Ermənistan və Sloveniya qatılmışdı.
II
yarımfinal I
ilə müqayisədə daha maraqlı çıxdı. Məsələ
yalnız Səfurədə deyildi, müsabiqənin əsas
favoritləri də dünənki yarışmaya
qalmışdı. Səfurə 7-ci çıxış etdi. Yeri gəlmişkən,
ondan əvvəl İsveç pop-unun yeni ulduzu Anna
Berqedal səhnəyə
çıxmışdı.
Səfurə Əlizadə və Anna Berqedal ikinci yarımfinalın məşqi zamanı
"
Qeyd edək ki,
"Drip-Drop"u isveçli
bəstəkar bəstələyib. "Mən İsveçin
"Por İdol" müsabiqəsində iştirak
edən zaman Anders Baqqe ilə işləmişəm, o həqiqətən
də professionaldır",- Anna deyib.
Səfurə da
borclu qalmamış, demişdi ki, oxuduğu emosional mahnı Annanın daxili dünyasından xəbər verir: "Mənə gitarın müşayiəti xüsusi
zövq verib". Amma Anna xanım finala çıxa bilmədi...
Və növbə
gəlib çatdı
"7-ci nömrə"yə: Səfurə gözəl ifası ilə öz mahnısını qəlblərə "Damcı"latdırdı...
Türklərin alovlu "MaNga" qrupu səhnəyə 17-ci çıxdı
və bununla da "Telenor Arena"da çıxışlar
bitdi, gərgin gözləmə anları
başladı.
Və nəhayət, 10 finalçının
adı elan edildi. İlk olaraq Gürcüstan təmsilçisinin adı
çəkildi, ardınca
Ukrayna gəldi.
Üçüncü Türkiyənin "MaNga"sı oldu. Daha sonra İsrail, İrlandiya, Kipr...
Finala 4 vakant yer qalmışdı ki... Səfurənin adı (7-ci) çəkildi.
Son
üç yer Rumıniya (8), Ermənistan
(9) və Danimarka (10) təmsilçilərinə qismət
oldu...
Xatırladaq ki,
müsabiqənin ilk 10 finalçısı
iki gün əvvəl bəlli olub:
Qeyd edək
ki, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və "Eurovision-2009"un qalibi
Norveç mayın
29-da keçiriləcək final mərhələsində birbaşa
iştirak etmək hüququna malikdir.
Yeri gəlmişkən,
"Eurovision -2009"-da üçüncülük
qazanan Aysel Teymurzadə, habelə xalq artisti Brilliant Dadaşova, əməkdar
artist İlqar Muradov,
"Natiq" ritm qrupu, gənc müğənnilər Azad Şabanov,
Ülviyyə Rəhimova,
"Milk& Kisses" qrupunun üzvləri Dilarə və Fəridə "Telenor Arena"da təmsilçimizə dəstək
veriblər.
Ekspress.- 2010.- 28-31 may.- S. 29.