Kitabxanaçılar üçün təlimlər başa çatdı

 

Sumqayıt, Lənkəran və Gəncədə şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları üçün Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin mütəxəssisləri tərəfindən qısamüddətli təlimlər keçirilib.

Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Sumqayıtda keçirilən təlimlərə respublikanın 20, Lənkəranda 14, Gəncədə 23 şəhər rayonun mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları qatılıb. Təlimlərdə Mədəniyyət Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova, məsləhətçi Samir Abbasov, Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov iştirak çıxış edib.

Çıxışlarda təlimlər haqqında kitabxana rəhbərlərinə məlumat verilib kitabxanalarda yeni informasiya texnologiyalarının tətbiqinin prioritet məsələ olduğu bir daha kitabxana rəhbərlərinin diqqətinə çatdırılıb. Təlimləri Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq İxtisasartırma Mərkəzinin mütəxəssisləri Nəzakət Rəhmanova, böyük metodist Ruhiyyə Namazova, baş metodist Aygün Hüseynova aparıcı mühəndis-proqramçı Tural Qədirov aparıb.

Təlimləri uğurla başa çatdıran kitabxana rəhbərlərinə vəsiqələr təqdim olunub.

  

 

AYXAN

 

Ekspress.- 2010.- 3 noyabr.- S. 14.