MDB-nin ilk kino festivalı

 

Tiflisdə keçirilən festivalda Azərbaycanı "Milli bomba" təmsil edib

 

Tiflisdə Rusiya digər MDB ölkələrinin ilk kino festivalı keçirilib. "APA"-nın Gürcüstan mətbuatına istinadən yaydığı xəbərə görə, festival MDB ölkələri Humanitar Əməkdaşlıq Dövlətlərarası Fondunun dəstəyi, Tiflis İncəsənət Mədəniyyətlərarası Beynəlxalq Fondunun Moskvanın "Kino Proses" Prodüser Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Festivalın prezidenti kinorejissor Eldar Ryazanovdur. "Rustaveli" kinoteatrında keçirilən festivalda Azərbaycanı kinorejissor Vaqif Mustafayevin "Milli bomba" filmi təmsil edib.

Qeyd edək ki, festivala həsr olunmuş mətbuat konfransında digər rejissorlarla yanaşı, Vaqif Mustafayev iştirak edəcək. Festivalın nəticələri noyabrın 8-də açıqlanacaq.

  

 

AYXAN

 

Ekspress.-2010.- 3 noyabr.- S.14.