Türkmənistandan 60 nəfər gəlib

 

Türkmənistan Mədəniyyət Günləri bu gün açılır

 

Azərbaycanda keçiriləcək Türkmənistan Mədəniyyət Günləri ilə bağlı 60 nəfərlik nümayəndə heyəti Bakıdadır. Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Türkmənistan Milli Mədəniyyət Mərkəzinin baş direktoru, xanım Tuvakbibi Durdıyevanın rəhbərlik etdiyi nümayəndə heyətinə Türkmənistan İncəsənət Muzeyinin direktoru Saparmamed Meredov, "Dokmaçılar" rəqs qrupu, tanınmış müğənnilər, KİV nümayəndələri daxildir. Səfər çərçivəsində nümayəndə heyəti dünən Fəxri Xiyaban Şəhidlər Xiyabanını ziyarət ediblər. Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi isə noyabrın 4-də Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutacaq. Mədəniyyət günləri ərzində noyabrın 5-də Muzey Mərkəzində Türkmənistan rəssamları dekorativ sənət ustalarının əsərlərindən ibarət sərginin açılışı, Türkmənistan kinofilmlərinin, Azərbaycan Dövlət Kukla Teatrında "Mollanepes" mono tamaşasının nümayişinin təşkili planlaşdırılır.

   Noyabrın 6-da isə Qaradağ rayonunda Türkmənistan Mədəniyyət Günlərinin bağlanışı incəsənət ustalarının konserti keçiriləcək.

 

 

AYXAN

 

Ekspress.- 2010.- 4 noyabr.- S. 14.