Teatr biliciləri Bakıya toplaşır

 

   Dünən Bakıda Beynəlxalq Teatr Konfransı işinə başlayıb. Noyabrın 12-də konfransda Avropa, Asiya Amerikanın tanınmış teatr mütəxəssislərinin, rejissor dramaturqlarının, kulturoloqlarının iştirakı nəzərdə tutulub.

   Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq elmi-praktik konfransın dəvətliləri sırasında ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belorus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Cin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Küveyt kimi ölkələrdən tanınmış teatr simaları var.

   Azərbaycan Teatrının İnkişafı Dövlət Proqramında belə elmi-praktik konfransların mütəmadi, daha dəqiq desək, iki ildən bir keçirilməsi nəzərdə tutulub.

   Elmi-praktik konfrans çərçivəsində tanınmış teatr xadimlərinin ustad dərslərinin və treninqlərin keçirilməsi planlaşdırılır. Proqram üzrə ilk treninq dünən Akademik Milli Dram Teatrında keçirilib. Teatrın kiçik səhnəsində teatr tənqidi üzrə Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi Mişel Vais (Kanada), daha sonra UNESCO-nun nəzdində fəaliyyət göstərən teatr təhsili təlimi üzrə komissiyanın vitse-prezidenti Piter Qoldfarb (ABŞ) teatr sənəti haqda maraqlı təlimlər keçib.

   Eyni vaxtda, teatrın Bədii Şura otağında teatr rəssamlığı geyim rəssamlığı haqda seminarlar ABŞ-dan gəlmiş mütəxəssislər İosif Yusupov İrina Krujilina tərəfindən keçirilib.

   Novbəti seminarlar bu gün eyni məkanda davam edəcək.

  

 

   AYXAN

 

   Ekspress.- 2010.- 9-10 noyabr.- S. 14.