Gənc
rəssamların "X nöqtəsi..." Muzey
Mərkəzində daha bir
sərgi
Dünən Muzey Mərkəzində Azərbaycan rəssamlarının "X nöqtəsi..." adlı sərgisinin açılışı
keçirilib.
APA-nın məlumatına görə, tədbirdə
çıxış edən
Mədəniyyət və
Turizm Nazirliyinin incəsənət şöbəsinin
müdiri Fərəh
Əliyeva bildirib ki, sərgidə Anar Hüseynzadə, Adil Yusif, Leyla
Nəsibova, Zərnişan
Alqayeva, Ramina Saadatxan, Rəşad Babayev, Fərhad Qalquzaq, Elmir Hüseynov, Bütünay Haqverdiyev, Mahmud Rüstəmov,
Məmməd Rəşidov,
Hüseyn Bağırov,
Nazim Şah və Gündüz Ağayevin əsərləri
nümayiş etdirilir:
"10 il bundan əvvəl Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının yaradılması
Azərbaycan rəssamlarının
sırasına bir çox istedadlı gənclərin qatılmasına
səbəb olub. Akademiyanın, eləcə də
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
məzunları bir çox sərgilərdə
uğurla iştirak edərək öz istedadlarını, bilik və bacarıqlarını
nümayiş etdiriblər".
Azərbaycan Rəssamlar İttifaqının katibi,
xalq rəssamı Ağəli İbrahimov bildirib ki, bu
sərginin keçirilməsində
məqsəd artıq
gənclik dövrünü
başa vuraraq sənət yollarında müstəqil surətdə
uğurla addımlayan
bir qrup perspektivli rəssamın yaradıcılığına dəstək
vermək, onların əsərlərinin geniş
tamaşaçı auditoriyasına
təqdim etməkdir:
"Adları qeyd edilən rəssamlar ciddi-cəhdlə irəli
getməyə, daha böyük uğurlara
nail olmağa çalışırlar.
Konsepsiyaya görə, sənətin
uca zirvəsi bu rəssamlar üçün hələ
tam şəkildə aydın
deyil. Onlar yaradıcılıq axtarışındadırlar. Daim öz üzərilərində
işləyərək irəliyə
gedirlər. Lakin onların
çatmaq, dayanıb-durmaq
istədikləri nöqtə
hələlik məchuldur".
Sərginin nümayişi noyabrın
14-dək davam edəcək.
Ekspress.- 2010.- 9-10
noyabr.- S. 14.