Təki Vətən sağ olsun...

 

   Prezident İlham Əliyev: "Bizim ordumuzda minlərlə, onminlərlə Mübariz, Fərid kimi qəhrəman var"

 

   Noyabrın 6-da cəsədləri Vətənə qaytarılan şəhid qəhrəmanlarımız Mübariz İbrahimov Fərid Əhmədovla ötən bazar günü Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində vida mərasimi keçirilib. Şəhidlər II Fəxri Xiyabanında ("Qurd qapısı" qəbiristanlığı) torpağa tapşırılıb.

   Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Dövlət başçısının noyabrın 7-də imzaladığı sərəncamlasa Fərid Əhmədov hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən göstərdiyi qəhrəmanlığa görə "İgidliyə görə" medalı ilə təltif edilib.

   Azərbaycan prezidenti İlham Əliyev noyabrın 7-də şəhid qəhrəmanlarla vida mərasimində çıxış edib:

   "Bu ilin iyun sentyabr aylarında ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbçilərimiz Mübariz İbrahimov Fərid Əhmədov qəhrəmancasına həlak olublar. Bu aylar ərzində biz çalışırdıq ki, tezliklə onları vətənə qaytaraq. Baxmayaraq ki, bu, çox çətin idi. Ermənistan tərəfi heç bir sivil qaydalara əməl etmədən qəhrəman övladlarımızın meyitlərini qaytarmaqdan imtina edirdi. Bu, misli görünməmiş vəhşilikdir. Heç bir mənəviyyata, heç bir dini normalara sığmayan bir hərəkətdir. Ancaq biz inanırdıq. İnanırdıq ki, biz öz övladlarımızı qaytaracağıq bu gün gəldi.

   Bu gün çox kədərli bir gündür. Eyni zamanda, çox şərəfli bir gündür. Mübarizlə Fərid vətən uğrunda öz torpağında həlak olublar. Onlar əsl qəhrəmanlıq, rəşadət göstəriblər. Mübariz İbrahimov qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olub. Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir.

   Fərid Əhmədov döyüş vəzifəsini icra edərkən həlak olub. Hər ikisi ölümündən sonra Azərbaycan dövləti tərəfindən yüksək mükafatlarla təltif olunub. Mən şəhidlərimizin valideynlərinə, onların qohumlarına, yaxınlarına başsağlığı verirəm. Allah onlara rəhmət eləsin!

   Şəhidlərimizin valideynlərinə minnətdarlığımı bildirmək istəyirəm ki, onlar vətən üçün belə qəhrəmanlar böyüdürlər. Onların verdiyi tərbiyə - vətənpərvərlik tərbiyəsi Mübarizi Fəridi mənəviyyat zirvəsinə ucaldıb.

   Təmas xəttində hər bir itki bizi sarsıdır, hər bir itki bizim üçün ağırdır. Ancaq biz müharibə şəraitində yaşayırıq Mübarizlə Fərid öz həyatı ilə, öz qəhrəmanlığı ilə düşmənə sübut etdilər ki, Azərbaycan xalqı, Azərbaycan gəncləri vətən uğrunda canlarından keçməyə hazırdır. Bu, böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsidir.

   Bir daha demək istəyirəm ki, bu gün hər bir azərbaycanlı üçün çox kədərli bir gündür. Bu aylar ərzində bütün Azərbaycan Fəridin, Mübarizin ailələrinin yanında idi. Azərbaycan xalqı həmrəylik göstərdi. Mən bilirəm, bütün bu aylar ərzində vətəndaşlarımız, müxtəlif bölgələrdə yaşayan vətəndaşlar şəhid övladlarımızın ailələrinə baş çəkib başsağlığı vermiş, öz həmrəyliyini göstərib. Mübarizin Fəridin qısa şərəfli həyatı Azərbaycan xalqını daha da birləşdirdi.

   Bu gün, eyni zamanda, çox şərəfli bir gündür. Çünki biz öz övladlarımızı burada böyük ehtiramla son mənzilə yola salırıq. Əminəm ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcək. Bizim ordumuzda minlərlə, onminlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar var. Onlar ali baş komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etmək üçün hər an hazırdırlar. Azərbaycan ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar, ən mübariz ordudur şəhidlərimizin qəhrəmanlığı bunu bir daha sübut edir.

   Bizdə nəinki böyük sayda silah-sursat, hərbi texnika, döyüş imkanları var, eyni zamanda, ordumuzda böyük ruh yüksəkliyi var. Çünki bizim işimiz haqq işidir. Biz heç bir ölkənin torpağını zəbt etməmişik. Bizim torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Bizim heç bir başqa dövlətin torpağına iddiamız yoxdur. Amma öz torpağımızdan heç kimə bir qarış verməyəcəyik. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Mübarizlə Fərid başqa ölkənin ərazisində həlak olmayıblar, öz doğma torpağında şəhid olublar.

   Gün gələcək, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz istəyirik ki, bunu danışıqlar yolu ilə həll edək. Biz istəmirik ki, gənclərimiz şəhid olsun. Biz istəyirik ki, gənclərimiz yaşasınlar, oxusunlar, vətən üçün, dövlət üçün çalışsınlar. Hər bir döyüş bölgəsində verilmiş itki bizim üçün ağırdır. Ona görə biz çalışırıq ki, bu məsələ öz həllini sülh yolu, danışıqlar yolu ilə tapsın. Danışıqlar prosesində Azərbaycanın mövqeləri getdikcə güclənir. Nəinki siyasi və hüquqi həqiqət bizim mövqeyimizi dəstəkləyir, bu gün istənilən parametr üzrə Azərbaycan Ermənistandan bir neçə dəfə üstündür. Bu üstünlüyü biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Həm siyasi, həm iqtisadi, həm hərbi cəhətdən üstünlüyümüz artıq hər kəs üçün açıq-aydın görünür.

   Ancaq bununla bərabər, bu şərəfli gündə bir daha bəyan etmək istəyirəm ki, biz danışıqları sadəcə olaraq danışıqlar naminə aparmayacağıq. Danışıqların imitasiyası ilə məşğul olmaq üçün Ermənistana imkan verməyəcəyik. Biz o vaxta qədər danışıqlar aparacağıq ki, ərazi bütövlüyümüzü bu yolla bərpa edə biləcəyimizə ümidimiz qalacaqdır. Əgər görsək ki, bu mümkün deyil, onda Azərbaycan dövləti hərbi yoldan istifadə edərək öz ərazi bütövlüyünü bərpa edəcək. Mən şübhə etmirəm ki, bunun üçün bizdə bütün imkanlar - döyüş hazırlığı, maddi-texniki təchizat, kifayət qədər silah-sursat, peşəkar ordu, ruh yüksəkliyi və Azərbaycan xalqının iradəsi var. Biz ərazi bütövlüyümüzü istənilən anda hərbi yolla bərpa edə bilərik. Düşmən də bunu bilməlidir və bilir.

   Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb olmayacaq. Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək, Dağlıq Qarabağ bizim doğma, əzəli torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı Dağlıq Qarabağda ətraf bölgələrdə yaşayıb-yaradıb. Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulub. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır. Biz heç vaxt imkan verə bilmərik ki, doğma torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövləti yaradılsın. Heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq.

   Bu gün məsələni həll etmək üçün bütün imkanlarımız var. Sadəcə olaraq çalışırıq ki, danışıqlar prosesindən maksimum dərəcədə istifadə edək. Biz istəmirik ki, müharibə olsun. Kim istəyər ki, müharibə olsun. Ancaq biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Biz bu gün bütün səylərimizi səfərbər etmişik ki, qarşıda duran vəzifəni icra edək. Bu gün şəhid övladlarımızın şücaəti, qəhrəmanlığı bir daha onu göstərir ki, biz buna qadirik.

   Əziz şəhidlərimizin valideynləri, sizin üçün bu aylar çox ağır keçdi. Siz övladlarınızı itirmisiniz. Bundan böyük dərd ola bilməz. Ancaq siz əsl vətəndaş kimi bəyan etmisiniz ki, biz hamımız vətən uğrunda şəhid olmağa hazırıq. Təki vətən sağ olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

  

 

  A.Xəlil

 

   Ekspress.- 2010.- 9-10 noyabr.- S. 3.