İrəvanda
Azərbaycan kinosu festivalı
Noyabrın
12-13-də Qafqaz Sülh
Təşəbbüsləri mərkəzinin təşkilatçılığı
ilə İrəvanda Azərbaycan filmləri festivalı
keçiriləcək. Mərkəzin direktoru
Georgi Vanyanın verdiyi
məlumata görə, festivalın müsabiqə
proqramına 4 film - bir
sənədli və üç bədii film daxil edilib.
Baxışdan sonra müzakirələr olacaq və
qalib müəyyən
ediləcək. Qalib tamaşaçı simpatiyası
mükafatı alacaq. Noyabrın 13-də
müsabiqədənkənar proqram çərçivəsində
bir bədii film nümayiş olunacaq. Film müəlliflərindən heç kim Ermənistana getməyəcək.
Konkret olaraq hansı
filmlərin nümayiş olunacağı da açıqlanmır.
Vanyan qeyd edib ki, festivalın əsas məqsədi iki dövlət arasında dialoq qurulmasına yardım etməkdir ("Turan"). Azərbaycan filmləri festivalı
Tamanyan-5 ünvanında yerləşən
adi Yerevan mənzilində
keçiriləcək.
Təcrübəyə əsasən, Bakıda da erməni filmlərinin analoji nümayişi təşkil olunmalıdır.
Ekspress.- 2010.- 11 noyabr.- S. 23.