Üzeyir Hacıbəyliyə həsr olunmuş elmi konfrans
Noyabrın
19-da Azərbycan Bəstəkarlar İttifaqında
"Ü.Hacıbəyli: Şərqin muğam-məqam
sistemləri müqayisəli təhlildə" mövzusunda elmi konfrans keçirilib
Tədbiri açan
ittifaqın sədri, xalq artisti, professor Firəngiz Əlizadə
Üzeyir bəyin yaradıcılığında
muğamın rolundan danışıb.
Daha sonra isə sənətşünaslıq
doktoru, professor Zemfira Səfərova "Səfiəddin Urməvinin
(XIII əsr) və Üzeyir Hacıbəylinin (XX əsr) risalələrində
bəzi lad problemlərinin müqayisəli təhlili", sənətşünaslıq
namizədi, Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının professoru Cəmilə Həsənova
"Azərbaycan musiqisində ladların
qarşılıqlı əlaqələrinin tədqiqi məsələləri",
sənətşünaslıq namizədi, dosent Sürəyya
Ağayeva "Üzeyir Hacıbəyli və Azərbaycan
muğamlarının səs sistemi məsələsi", sənətşünaslıq
namizədi, Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının dosenti Elmira Pənahova "Yaxın və
Orta Şərqin musiqi sistemlərində lad
strukturlarının qarşılıqlı müqayisəsi",
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
baş müəllimi Ariz Abduləliyev "Şərq xalqlarının
musiqisində Bayatı məqamı (makamı): tarixi
mifologiyası və paralel strukturları" mövzusunda məruz
ediblər.
Ekspress.- 2010.- 20-22 noyabr.- S. 20.