Mir Cəfərin
məhkəməsi necə hazırlanmışdır
Azərbaycanda ötən əsrin ən
qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı
məhkəmələrdən biri Mir
Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv
materialları əsasında
araşdırıb.
Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi
Siyasi Sənədlər
Arxivində rastlaşdığım
bəzi sənədlər
Mir Cəfər Bağırovun
Azərbaycan ziyalılarına
qayğıkeşliklə yanaşdığını
ortaya qoyur.
Arxiv materiallarından məlum olur
ki, 1950-ci il oktyabr ayının 6-da Mir Cəfər
Bağırova Türkiyədə qohumları yaşayan məsul
işçilər və görkəmli ziyalılar barədə
rəsmi sənəd təqdim rolunmuşdur. Həmin sənəd
1954-cü il fevralın 16-da (N 76 ss) Azərbaycan KP MK-nın
birinci katibi İ.Mustafayevin imzası ilə M.C.Bağırovun
istintaq materiallarına qatılmaq məqsədilə Sov.
İKP MK yanında Partiya Nəzarəti Komitəsinin sədri
N.T.Komarov yoldaşa göndərilmişdir: "Türkiyədə
qohumları olan və Türkiyə təəssübkeşli
məsul işçilərin və ziyalı nümayəndələrinin
cəzalandırılmasına dair T.Quliyev, T.Yaqubov, S.Yemelyanov
və S.Atakişiyev tərəfindən imzalanaraq
Bağırova təqdim olunmuş məktubun surəti".
Siyahıdakı 18 nəfər arasında Azərbaycanın o
zamankı kinematoqrafiya naziri Bağır Seyidzadənin də
adı vardır. M.C.Bağırov ona təqdim olunmuş
siyahıya əsasən 18-lərin heç birinə cəza
verməmişdir. Azərbaycan xalqının və onun rəhbəri
M.C.Bağırovun daşnaklarla əlbir işlşəyən
düşmənləri bir il sonra noyabr ayında təkrarən
Moskvaya Türkiyədə qohumları olan (onların bir
çoxuna mühacirətə getməyə vaxtilə
M.C.Bağırov şərait yaratmışdı - T.Q.) rəhbər
işçilər barəsində Kremlə imzasız məktublar
göndərilirdi. Azərbaycan SSR kinematoqrafiya naziri B.K.Seyidzadə
barəsində daxil olmuş şikayət məktubunun
baxılması nəticələri barədə cavab əvəzinə
Sov. İKP MK-ya Azərbaycan KP MK Bürosunun
aşağıdakı qərarının surəti yola
salınmışdır:
"Azərbaycan KP MK Bürosunun
1951-ci il 27 noyabr tarixli qərarı
Azərbaycan SSR Kinematoqrafiya naziri
B.K.Seyidzadənin tərcümeyi-halına əalvələr
edilməsinə dair ərizəsi barədə
Tərcümeyi-halında bir
sıra faktların daha müfəssəl yazılması
üçün B.K.Seyidzadənin məsələsinə Azərbaycan
KP MK-nın növbəti iclasında baxılsın.
Azərbaycan KP MK katibi
M.C.Bağırov
30.11.1951-ci il"
Azərbaycan Respublikası Prezidenti
İşlər İdarəsi Siyasi Sənədlər Arxivində
görkəmli dövlət xadimi B.K.Seyidzadənin öz dəst-xəttilə
M.C.Bağırova yazdığı məktubu da
saxlanılır. Tanış olun:
"M.C.Bağırov yoldaşa
Azərbaycan KP MK-da olan tərcümeyi-halıma
əlavə olaraq aşağıdakıları bildirirəm:
1. Xalam oğlu Məmməd Məhərrəmov
müsavat hökumətilə bağlı olmuş və
inqilabdan sonra xaricə mühacirət etmiş, Fransada
yaşamışdır.
2. Əmim qızı Xədicə
bəyim Əli qızı Azərbaycanda Sovet hakimiyyətinin
qurulmasının ilk illərində türk mənşəli
əri ilə birlikdə Türkiyəyə getmiş və
hazırda orada yaşayır.
3. Dayım qızının əri
İsmayıl İsmixanov Böyük Vətən müharibəsi
vaxtı törətdiyi cinayətə görə cəza
batalyonuna keçirilmişdir. İndiyədək onun taleyi
haqqında məlumat yoxdur. Ailəsi Kirovabad şəhərində
yaşayır.
Tərcümeyi-halıma aid
bütün faktların dəqiqləşdirilməsi,
atamın tərcümeyi-halının bütün təfsilatı
ilə araşdırılması nəticəsində
yaxın vaxtlarda Mərkəzi Komitəyə ətraflı məlumat
təqdim edəcəyəm. Söz verirəm ki, bundan sonra bu
və ya digər dərəcədə tərcümeyi-halımla
əlaqədar bütün fakt və hadisələri nəzərdən
qaçırmayacağam. Bu hissləri mən Azərbaycan KP
MK-nın 1951-ci il 20 noyabrda keçirilən büro
iclasında Sizin iradlarınızdan sonra keçirməyə başlamışam.
Buna qədər mən tərcümeyi-halıma məsuliyyətsiz
yanaşırdım, onun ətraflı və msüfəssəl
tərtib olunmasına fikir vermirdim. Bunun bir səbəbi də
ondan irəli gəlirdi ki, qohumlarımdan kənarda idim,
onların çoxu ilə əlaqə saxlamırdım və
müstəqil surətdə yaşayırdım.
Mən 14 yaşından öz zəhmətimlə
həyat keçirirəm, həmişə öhdəmə
düşən vəzifələrə vicdanla
yanaşmışam və son 10-12 ildir ki, məsul vəzifədə
işləyirəm, bütün qüvvə və
bacarığımı partiyanın və komsomolun
bütün tapşırıqlarını ləyaqətlə
yerinə yetirməyə çalışıram.
Yoldaş Bağırov! Sizdən
xahiş edirəm ki, partiyamızın işinə səmimi qəlbdən
sədaqətimə inanasınız. Yol verdiyim bütün səhvlərimi
gələcək fəaliyyətimdə aradan
qaldıracağıma söz verirəm.
Seyidzadə B.K.
21.11.1951-ci
il"
Beləliklə, Mir Cəfər Bağırov
1951-ci ildə SSRİ daşnaklarının
"Androniki" Mikoyana
və onun Azərbaycandakı bacanağı
Yegizarova müsavat dərsi vermişdir.
Azərbaycanın kinematoqrafiya
naziri sonralar bir sıra məsul
vəzifələrdə çalışmış,
1968-ci il mart ayının 24-də vəfat
etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Yeri gəlmişkən, xalqımızın
dahi incəsənət
xadimlərinin, görkəmli
dövlət xadimlərinin
əbədi yuxuya daldıqları Fəxri Xiyabanın salınması
da Mir Cəfər Bağırovun adı ilə bağlıdır.
1948-ci il avqust ayının 27-də
M.C.Bağırovun tapşırığı
ilə Azərbaycan
SSR Nazirlər Soveti aşağıdakı qərarı
qəbul etmişdir:
"1. Bakı Şəhər İcraiyyə Komitəsinə
(A.Buzdakov və T.Qasımov yoldaşlara) tapşırılsın ki,
1948-ci ildə ümumi
dəyəri 180 min manat
dəyərində Fəxri
Xiyabanın tikintisinə
başlasınlar və
buraya Azərbaycanın
böyük elm və
incəsənət xadimlərindən
12-sinin qəbri köçürülsün
(siyahı əlavə
olunur), Fəxri Xiyabanın tikintisi 1949-cu ilin 1-ci yarısında başa çatdırılsın.
2. Azərbaycan SSR Nazirlər
Soveti Yanında Arxitektura İşləri
İdarəsinə təklif
edilsin ki, bu il sentyabr
ayının 20-dən gec
olmayaraq, Azərbaycanın
görkəmli elm və
incəsənət xadimlərinin
12 nəfərinin qəbirüstü
abidəsi daxil olmaqla, Fəxri Xiyabanın ilk model nümunəsini
hazırlasın.
3. Azərbaycan SSR Maliyyə Nazirliyinə bir vəzifə olaraq tapşırılsın ki,
1948-ci ildə Bakı
Şəhər İcraiyyə
Komitəsinə qəbirüstü
abidə daşlarının
hazırlanması məqsədilə
neft çıxarılması
üzrə vəsaitdən
90 min manat ayırsınlar,
1949-cu ildə də bu məbləğ nəzərdə tutulsun. Həmçinin Vidadinin qəbirüstü abidəsinin
qoyulmasına Qazax
rayon icraiyyə komitəsinə
15 min manat, Seyid Əzim Şirvaninin və Mirzə Ələkbər Sabirin qəbirüstü abidəsinin
hazırlanması üçün
Şamaxı rayon icraiyyə
komitəsinə 30 min manat
məbləğində vəsait
ayrılsın".
(ardı var)
Teyyub
Qurban
Ekspress.- 2010.- 20-22
noyabr.- S.15.