"Vətənə
yol: Azərbaycandan
çığırlar"
Vaşinqtonda azərbaycanlı rəssam Şahin Şıxəliyevin sərgisi
açılıb
ABŞ-ın
paytaxtı Vaşinqtonda azərbaycanlı
rəssam Şahin Şıxəliyevin
"Vətənə yol: Azərbaycandan
çığırlar" adlı sərgisi
açılıb. Sərgiyə ABŞ-ın Qarabağ
Fondu sponsorluq edir.
Şahin Şıxəliyev
"Amerikanın səsi"nə deyib ki, sərgidə onun
son illər yaratdığı rəsmlər toplanıb
nümayiş etdirilir.
Rəssam
yağlı boya ilə çəkdiyi bu əsərlərdə
müxtəlif rəng kombinasiyalarından istifadə edərək
milli koloriti saxlamağa nail olub.
Vaşinqtonun
"Blank Space" sənət qalereyasında təşkil
edilən sərgi iki həftə davam edəcək.
Ş.Şıxəliyev
artıq 10 ildir Birləşmiş Ştatlarda yaşayır.
Onun Vaşinqtonda dəfələrlə sərgiləri təşkil
edilib.
Rəssam Smitson
Assosiasiyası və "Spektrum" İncəsənət
studiyasında təsviri incəsənətdən dərs
deyir.
Şahin Şıxəliyev
1988-ci ildə Bakıda Əzim Əzimzadə adına rəssamlıq
məktəbini bitirib. 1989-cu ildən sərgilərini
nümayiş etdirməyə başlayıb. Rəssamın
Avropa və Yaxın Şərq ölkələrində sərgiləri
təşkil edilib.
Ekspress.- 2010.- 24 noyabr.- S. 23.