Mir Cəfərin
məhkəməsi necə hazırlanmışdır
Azərbaycanda ötən əsrin ən
qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı
məhkəmələrdən biri Mir
Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv
materialları əsasında
araşdırıb.
Xalqımızın
dahi incəsənət xadimlərinin,
görkəmli dövlət xadimlərinin əbədi yuxuya daldıqları Fəxri Xiyabanın
salınması da Mir
Cəfər Bağırovun adı ilə bağlıdır.
1948-ci il avqust
ayının 27-də M.C.Bağırovun
tapşırığı ilə Azərbaycan SSR Nazirlər Soveti aşağıdakı qərarı qəbul
etmişdir:
"1. Bakı Şəhər
İcraiyyə Komitəsinə (A.Buzdakov və T.Qasımov
yoldaşlara) tapşırılsın ki, 1948-ci ildə
ümumi dəyəri 180 min manat dəyərində Fəxri
Xiyabanın tikintisinə başlasınlar və buraya Azərbaycanın
böyük elm və incəsənət xadimlərindən
12-sinin qəbri köçürülsün (siyahı əlavə
olunur), Fəxri Xiyabanın tikintisi 1949-cu ilin 1-ci
yarısında başa çatdırılsın.
2. Azərbaycan SSR Nazirlər Soveti
Yanında Arxitektura İşləri İdarəsinə təklif
edilsin ki, bu il sentyabr ayının 20-dən gec olmayaraq, Azərbaycanın
görkəmli elm və incəsənət xadimlərinin 12 nəfərinin
qəbirüstü abidəsi daxil olmaqla, Fəxri Xiyabanın
ilk model nümunəsini hazırlasın.
3. Azərbaycan SSR Maliyyə
Nazirliyinə bir vəzifə olaraq tapşırılsın
ki, 1948-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinə
qəbirüstü abidə daşlarının
hazırlanması məqsədilə neft
çıxarılması üzrə vəsaitdən 90 min
manat ayırsınlar, 1949-cu ildə də bu məbləğ
nəzərdə tutulsun. Həmçinin Vidadinin qəbirüstü
abidəsinin qoyulmasına Qazax rayon icraiyyə komitəsinə
15 min manat, Seyid Əzim Şirvaninin və Mirzə Ələkbər
Sabirin qəbirüstü abidəsinin hazırlanması
üçün Şamaxı rayon icraiyyə komitəsinə
30 min manat məbləğində vəsait ayrılsın.
4. Azərbaycan SSR Nazirlər Soveti
Dövlət Plan Komitəsinə tapşırılsın ki,
Fəxri xiyabanın tikintisi üçün Bakı Şəhər
İcraiyyə Komitəsini lazım olan miqdarda sementlə təmin
etsin.
Azərbaycan SSR Nazirlər
Sovetinin sədri T.İ.Quliyev 27
avqust 1948-ci il."
Nazirlər Sovetinin sərəncamına
əsasən 1948-49-cu illərdə Çəmbərəkənd
və şəhər qəbiristanlığında dəfn
olunmuş bir neçə mərhumun nəşi Fəxri
xiyabanda yenidən torpağa
tapşırılmışdır.
ARAYIŞ. Çəmbərəkənd
Bakı şəhəri daxilində kənd adı ilə məşhur
ərazi olmuşdur. İndiki Nazirlər Kabineti
binasının yaxınlığındakı inzibati
binaların salındığı yerdən "Şəhidlər
xiyabanı"na qədər ərazini əhatə
etmişdir. Adını burada
məskunlaşmış və əsasən balıq duzlamaq, neft, mazut ixrac etmək üçsün çəmbərlər
hazırlayan ustaların peşəsi ilə
adlandırmışlar. Çəmbərəkənddə eyni zamanda, müxtəlif qoşqu arabaları, qazalaq,
fayton da düzəldilirmiş.
Əhalisi heyvan saxlayar,
əkinçiliklə məşğul olarmış. Köhnə
bakılılar indi də həmin əraziyə
Çəmbərəkənd deyirlər. (Bax: Rəhimağa İmaməliyev, Təvəkkül
Səlimov. Bakı kəndləri (ensiklopedik
lüğət). "Boz oğuz" nəşriyyatı, 1996-cı il. səh. 52).
1948-ci ildə Fəxri Xiyabanın
ilk sakinləri arasında Cəlil Məmmədquluzadə
(1932-ci il yanvarın 4-də vəfat etmiş, Çəmbərəkənd
qəbiristanlığında basdırılmışdı), Əbdürrəhimbəy
Haqverdiyev (1933-cü il dekabrın 11-də vəfat etmiş,
Çəmbərəkənd qəbiristanlığınqda
basdırılmışdı), Həsən bəy Zərdabi
(1907-ci il noyabrın 28-də vəfat etmiş, Çəmbərəkənd
qəbiristanlığında basdırılmışdı),
Nəcəf bəy Vəzirov (1926-cı il iyulun 9-da vəfat
etmiş, Çuxuryurd qəbiristanlığında
basdırılmışdı), Hüseyn Ərəblinski
(1919-cu ildə vəfat etmiş, Çəmbərəkənd
qəbiristanlığında basdırılmışdı),
Süleyman Sani Axundov (1939-cu il martın 29-da vəfat etmiş,
Çəmbərəkənd qəbiristanlığında
basdırılmışdı), Cabbar Qaryağdı
(1944-cü il aprel ayının 20-də vəfat etmiş,
Çəmbərəkənd qəbiristanlığında
basdırılmışdı), Rüstəm Mustafayev
(1940-cı il iyulun 19-da dənizdə boğularaq həlak
olmuş, Çəmbərəkənd qəbiristanlığında
basdırılmışdı), Əzim Əzimzadə
(1943-cü il iyunun 15-də vəfat etmiş, Novxanı qəbiristanlığında
basdırılmışdı), Hüseynqulu Sarabski (1945-ci il
fevralın 16-da vəfat etmiş, şəhər qəbiristanlığında
basdırılmışdı). Mir Cəfər
Bağırovun vaxtında ilk dəfə birbaşa çiyinlərdə
Fəxri xiyabana gətirilən mərhum Üzeyirbəy
Hacıbəyov olmuşdur - 1948-ci il noyabrın 23-də.
Azərbaycan hökumətinin
1948-ci il 27 avqust tarixli sərəncamında göstərildiyi
kimi, Fəxri xiyabının salınması xərcləri
neft hasilatından əldə olunmuş gəlir hesabına,
başqa sözlə, Neft Fondu hesabına həyata
keçirilmişdi.
ARAYIŞ. Mir Cəfər
Bağırov dövründə Azərbaycan KP MK-nın uzun
müddət ikinci katibi vəzifəsində işləmiş
Mirhəsən Seyidov respublikamızda Neft fondunun
yaranmasının qısaca tarixi haqqında belə yazır:
"Böyük Vətən müharibəsinin gedişində
üç dövlətin - SSRİ, ABŞ və İngiltərə
rəhbərlərinin növbəti
görüşünü 1943-cü ilin noyabr-dekabrında
Tehranda keçirmək müəyyənləşdirildi. Bu
konfransa gedən Stalin Moskvadan Bakıya xüsusi qatarla gəldi.
Bakıda o, Zuğulbada MK-nın bağ evində
qalırdı. Buradan təyyarə ilə Tehrana uçdu. Təyyarə
xeyli alçaqdan uçurdu və o, Abşeron neft mədənlərinin
ərazisini kifayət qədər aydın görə bildi.
Bataqlıq qamışları arasında işləyən, ətrafı
zir-zibilli neft mədənlərinin mənzərəsi onun nəzərindən
qaçmadı. Tehrandan qayıdanda Stalin yenə Zuğulbada
dayandı, Bağırovu və respublika Xalq Komissarları
Sovetinin sədri T.Quliyevi yanına çağırıb, səmadan
gördüyü biabırçılığa görə
onları möhkəm danladı və dedi: "Abşeron
torpaqlarındakı bu "metal meşə" - neft buruqları
bizim ən qiymətli sərvət mənbəyimizdir,
müharibəni müvəffəqiyyətlə
aparmağımızda rolu böyükdür, mədən sahələrini
belə vəziyyətdə saxlamaq olarmı?" - Sonra əlavə
etdi: - Rumıniyaya gedib baxın, orada hər quyunun ətrafında
qızılgüllər bitir. Bəs sizdə niyə belədir?
Bağırov abadlıq işlərinin
zəif aparılmasını maliyyə vəsaitinin
olmadığı ilə izah etdi. Stalin üzünü
köməkçisi Poskrebışevə tutdu:
- İttifaq büdcəsindən Azərbaycan
hökumətinin hesabına neft fondu yaratmaq üçün
plandan artıq çıxarılan hər ton neftə görə
2 manat ayrılması barədə Siyasi Büronun qərarını
Moskvaya çatan kimi hazırlayın. Bu fondun yarısı
neft mədənlərinin ərazisini qurutmağa və
abadlaşdırmağa, yarısı da siyasi-tərbiyə, mədəni-maarif
tədbirlərinə xərclənməlidir.
Buna görə öz təşəkkürünü
bildirən Bağırov dedi ki, respublikada bu işləri yerinə
yetirə biləcək tikinti-quraşdırma təşkilatı
yoxdur. Stalin öz köməkçisinə göstəriş
verdi:
- Həmin qərara əlavə
edin: "Bakı şəhərində neft mədənləri
ərazisini qurutmaq və abadlaşdırmaq üzrə
xüsusi tikinti-quraşdırma idarəsi
yaradılsın".
Tezliklə biz məsələyə
dair Siyasi Büronun qərarını aldıq. "Neft
fondu" belə yaradıldı. Təşkil olunan xüsusi
tikinti-quraşdırma idarəsinə Böyük Vətən
müharibəsinin iştirakçısı - istefada olan bir
general təyin edildi. O, MK-nın və hökumətin köməyi
ilə idarənin bütün lazımi maddi-texniki təminatını
yaratdı və yarım ildən sonra getdi. Onu respublikanın
təcrübəli inşaatçılarından biri əvəz
etdi. Qeyd etmək lazımdır ki, bu təşkilat neft mədənləri
ərazisində səliqə-səhman yaratmaqda olduqca çox
işlər gördü.
Neft fondunun ikinci hissəsi
hesabına respublikada böyük miqyaslı siyasi-tərbiyəvi
tədbirlər həyata keçirildi. Bakıda və
rayonlarda mədəniyyət sarayları, kinoteatrlar, kitabxanalar
və başqa mədəni-maarif müəssisələri
tikildi. Respublikadan kənarda təhsil almağa göndərilən
azərbaycanlı gənclərin əlavə təqaüdləri
və geyim xərcləri də bu fondun hesabına ödənilirdi.
Yalnız Azərbaycana məxsus
olan bu yeganə fond Stalinin ölümündən sonra ölkənin
ali rəhbərliyində bəzilərinin gözünə
sanki bir tikan kimi batırdı. Hə il SSRİ dövlət
büdcə komissiyalarında Azərbaycanın Neft fondu ilə
əlaqədar məsələ mütləq ortaya
atılır və mən də SSRİ Ali Sovetinin deputatı
və komissiyalardan birinin rəhbəri kimi, bu fondun saxlanılmasına
vuruşa-vuruşa nail olurdum. Bu mübarizədə mənə
SSRİ Dövlət Plan Komitəsinin sədri N.K.Baybakov,
SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi M.P.Georqadze və
başqaları kömək edirdilər. Onlar ucadan deyirdilər:
"Bakı neftçiləri özlərinin Böyük Vətən
müharibəsindəki fədakar əməkləri ilə
Neft fondu hüququ qazanmışlar. Yaddan çıxarmaq olmaz
ki, Sovet xalqının bu müharibədə qalib gəlməsində
Bakı nefti əvəzsiz rol oynamışdır".
1959-cu ilədək belə
davam etdi. Tamamilə təsadüfi olaraq, Yakutiya Almaz fondu haqqında məsələ qaldırılarkən
bizə o qədər
də rəğbət
bəsləməyən N.S.Xruşşov
Azərbaycanın Neft
fondundan xəbər tutdu, hirslənib özündən çıxdı
və Nazirlər Sovetinə göstəriş
verdi ki,
bütün mövcud
fondlar ləğv edilsin.
Axı Neft fondunu Stalin yaratmışdı, Xruşşov
buna dözə bilərdimi? Bizim gətirdiyimiz
əsaslı dəlillərə
baxmayaraq, 1943-cü ildə
yaradılmış Neft
fondu beləcə Xruşşov volyuntarizminin
qurbanı oldu".
(Mir Cəfər Bağırov xatirələrdə.
Toplayanı, işləyəni və çapa hazırlayanı Ramiz Əhmədov. Bakı,
"Nurlan", 2006-cı il, səh. 74-76)
İkinci dünya müharibəsində
SSRİ-nin tarixi qələbəsinin təşkilatçılarından
biri olmuş Mir Cəfır Bağırovun
xidmətlərinin üstündən
qara xətt çəkənlər 1955-ci ildə
istintaq materiallarına
Xruşşovun sayıqlamalarına
bənzər ifadə
salmışlar. "Mir Cəfər Bağırovun
məhkəməsi" kitabında
oxuyuruq (Bakı, "Yazıçı" nəşriyyatı,
1993. səh. 87): "Bağırovun
neft sənayesinə rəhbərliyini Azərbaycanın
neft sərvətini tükətməyə və
aşağı neft qatından şüurlu şəkildə istifadə
etməməyə yönəldilmiş
düşmənçilik kimi
qiymətləndirirəm. Məsələn, əgər buruq aşağı qatdan hər gün 15 ton neft verirdisə, Bağırovun göstərişi
ilə neft çıxarılması yuxarı
qatlarda keçirilirdi.
Bu da aşağı
qatların sonrakı istismarını həmişəlik
dayandırırdı".
Zaman göstərdi ki, aşağı laylarda
"qara qızıl"ı
Mir Cəfər Bağırov
Azərbaycanın gələcəyi
naminə qoruyub saxlayırmış. Bu gün müsitəqil dövlət büdcəsi
həmin laylardan hasil olunan neft
gəlirlərinin hesabınadır.
Təəssüflər olsun ki, bəzi vəzifəli akademik və məmurlarımız M.C.Bağırovun
tarixi xidmətlərinin
üstündən xətt
çəkir, onun fəaliyyət dövrünü
(1920-1953) inzibati-amirlik adlandırır,
onun şəxsiyyətini
alçaltmaqda davam edirlər. Azərbaycan
gerçəkliklərini öz
güzgüsündə əks
etdirən "Zerkalo"
qəzeti 2010-cu il 10 iyul tarixli (N121) mayındakı
təqvim səhifəsində
yazır: "12 iyul
1953-cü il. Azərbaycan KP MK və Bakı Komitəsinin birgə plenumunun qərarı ilə Azərbaycan KP MK-nın o zamankı birinci katibi M.C.Bağırov vəzifəsindən
kənarlaşdırılmışdır.
Çox
keçməmiş Xruşşov
hakimiyyəti stalinizm illərində törətdiyi
cinayətlərinə görə
onu müttəhimlər
kürsüsündə əyləşdirmişdir.
Əslində cəlladlar cəlladı
mühakimə etmişlər".
Bu nədir, Azərbaycan
xalqının stalinizm
dövründə xilaskarını,
H.Seyidovun təbirincə
desək, "bizə
o qədər də rəğbət bəsləməyən
Nikita Xruşşovla" eyniləşdirmək
olarmı? Axı
elə qəzetin baş redaktoru Elçin Şıxlı
"Ekspress" qəzetinə
verdiyi (bax: adıçəkilən qəzet,
19 avqust 2004-cü il, səh 10) müsahibəsinin iri hərflərlə başlığı
"Atamı sürgündən
Mir Cəfər Bağırov
qurtarıb" idi.
"Ayna-Zerkalo"
qəzetinin baş redaktoru yazırdı:
"Atam deyirdi ki, bir gecə
Bəxtiyar mənim evimə gəldi. Dedi ki, "İsmayıl, bu
saat gəlib ikimizi də aparacaqlar. Mərkəzi Komitənin xüsusi
iclası keçirilib,
Azərbaycan Yazıçılar
İttifaqında millətçilik
və yerlibazlıq mövzusunda. Səməd Vurğunla
Mehdi Hüseynə qarşı çıxanlar
deyiblər ki, "Bəxtiyar Vahabzadə ilə İsmayıl Şıxlı bunlar haqqında dissertasiya yazırlar". Ancaq Mir Cəfər
Bağırov deyib ki, "Şıxlinski, yeqo familiya mne
izvestno"."
Mir Cəfər Bağırovun
yaxından tanıdığı
"Şıxlinskilər" barədə Azərbaycan hərb tarixinin səriştəli tədqiqatçısı
Şəmistan Nəzirlinin
2009-cu ildə nəfis
şəkildə çapdan
çıxmış "1920-ci ildə Qarabağ döyüşləri" kitabında
maraqlı məlumatlar
vardır. Sən demə, İsmayıl
Şıxlının məşhur
"Dəli Kür"
romanındakı Cahandar
ağa elə Qiyas bəy Şıxlinskinin atası
Cahandar bəyin obrazıdır. Qiyas bəy
Şıxlinski 1895-ci ildə
Qazax rayonunun Şıxlı kəndində
anadan olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti
dövründə Gəncə
şəhərində pristav
vəzifəsində işləmişdir.
Müsavat hökumətinin Gəncə pristavı Azərbaycanda Sovet hakimiyyəti illərində
Mir Cəfər Bağırovun
bilavasitə himayəsi
ilə Qazax qəzasının milis rəisi işləmişdir.
1909-1914-cü illərdə
Qori seminariyasını
bitirmiş Qiyas bəy Şıxlinskinin, əfsuslar ki, Azərbaycan Prezidenti İşlər İdarəsi
Siyasi Sənədlər
Arxivində şəxsi
işi yoxa çıxmışdır. 1954-cü ildə Azərbaycan KP MK-nın məsul əməkdaşı
tərəfindən arxiv
qovuluğundan yerli-dibli
götürülmüş, birbaşa Moskvaya yola salınmışdır.
1955-ci ildə Mir Cəfər
Bağırovun Kreml divarları arasında tərtib olunan istintaq materiallarına bu şəkildə salınmışdır: "Bağırovun
antisovet ünsürləri
qorumağına və
onlara himayədarlıq
etməsinə daha bir nümunə keçmiş müsavat pristavı və siyasi bandit, çar zamanı xidmət etmiq Qiyas bəy
Cahandar bəy oğlu Şıxlinskinin üzə çıxarılmasıdır.
Bağırov onu nəinki
üzə çıxartdı,
hətta Qazax qəzasında milis rəisi vəzifəsinə
də təyin etdi. O illərdə Azərbaycan BSİ (Baş
Siyasi İdarə -
T.Q.) işçiləri arasında
Şıxlinski daima Bağırovla yaxınlığını
qeyd edirdi..."
(ardı var)
Teyyub
Qurban
Ekspress.- 2010.- 27-29 noyabr.- S.14.