Əhməd
Şəfəqin "Eşq və vətən"i
Bakıda təqdim edildi
Məşhur türk yazıçısı, bastəkar
Əhməd Şəfəqin
Azərbaycan-Türkiyə qardaslığının
nümunəsi
olan "Aşk və vətən" albomunun dünən Bakıda təqdimat mərasimi keçirilib.
Təqdimatda Azəri-Türk Qadınlar
Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Yazıçılar
Birliyinin katibi Rəşad Məcid, telejurnalist Sevil Nuriyeva, müğənnilər-xalq
artisti Brilliant Dadaşova,
Əməkdar artistlər
Nisə Qasımova, Tünzalə Ağayeva və başqaları iştirak edib.
Əhməd Şəfəq bildirib
ki, bu onun
sayca 9-cu albomudur:
"Albomumun adı
da doqquzdur- "Aşk və vətən". Çünki 9 rəqəmi mənim ücün çox vacibdir. Mənim musiqi sənətimin
bu rəqəmlə çox bağlılığı
var. Bu rəqəm türklər
üçün də
önəmlidir.
Albomda 14 mahnı toplanıb. Bütün albomlarında olduğu
kimi, burada da həm vətənə
qarşı olan sevgim, həm də sevgiyə olan düşüncələrim
öz əksini tapıb. İfa etdiyim musiqilər
türk millətini parçalayan şəxslərə
qarşı mübariz
olan xalqımızın
bütövlüyünü təcəssüm etdirir.
Mən də Dədə
Qorqudun 21-ci əsrdəki
təmsilçisi olaraq
bütün bunlara diqqət edirəm. Bütün şeirlərimdə, yazılarımda və romanlarımda bütövləndirmək
kimi bir məqsədim var".
Albomun Türkiyədə işıq üzü gördüyünü bildirən
Ə.Şəfəq qeyd
edib ki, ilk təqdimat Bakıda olur "Bu 6 ildə Azərbaycana tez-tez səfər etmişəm. Burda konsertlər də
vermişəm. Türkiyə-Azərbaycan münasibətlərini nəzərə
alaraq təqdimat üçün Bakını
seçdim. Biz nəinki mədəni əlaqələr,
eləcədə qan qohumluğu ilə birləşirik. Bundan sonrakı sənətimdə
ilk olaraq Azərbaycana
uyğun işlər edəcəm. Mədəniyyət və incəsənət sahəsində bir çox yeniliklər etmək istəyirəm.
Bu diskimin təqdimatını
1 ay sonra İstanbulda da təşkil edəcəyik. Albomun içərisindəki
mahnıların musiqisi
və sözləri demək olar ki, mənə aiddir. Hətta bu albomun içərisində azərbaycanlı
Sona Vəliyevanın bəstələdiyi "Qaragilə"
mahnısını da
ifa etmişəm.
Çünki bu mahnı çox xoşuma gəlib".
Sonda bəstəkar onu da bildirib ki,
gələn ilin mart ayında Heydər Əliyev Sarayında konserti təşkil olunacaq: "İlk konsertim 2007-ci ildə həmin sarayda keçirilib".
Tədbirdə çıxış edən Sona Vəliyeva bildirib ki, bu mahnı
Bakının Təbrizdən,
Təbrizin Bakıdan ayrı düşməsinə
bir ağıdır:
"Mənim yazdığım
"Qaragilə" xalq
mahnısı "Qaragilə"yə
bir cavabdır. "Qaragilə"də də böyük həsrət və nisgil var. Bir millətin yüz illər boyu davam edən və hələ də sonu görünməyən
vüsalı müşkül
olan yurd həsrətinin ağrısı
var".
Yeri gəlmişkən, Azərbaycan Yazıçılar
Birliyinin katibi Rəşad Məcidin dünən türkiyəli yazara Birliyin fəxri üzvü vəsiqəsini təqdim edib. Bununla da Ə.Şəfəq
AYB-nin 121-ci fəxri üzv olub.
AYXAN
Ekspress.- 2010.- 6 oktyabr.- S. 14.