Əbülfəs Qarayev

 

MDB-nin fəxri fərmanı ilə təltif edildi

 

Azərbaycanın Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev Müstəqil Dövlətlər Birliyinin (MDB) fəxri fərmanı ilə təltif olunub. Fəxri fərmanı nazirə MDB-nin icra katibi Sergey Lebedev təqdim edib.

Ə.Qarayev MDB ölkələri arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə mükafatlandırılıb.

Mükafatın təqdimatı Moskvada MDB ölkələrinin Mədəni Əməkdaşlıq Şurasının 25-ci iclası çərçivəsində keçirilib.

 

 

AYXAN

 

Ekspress.- 2010.- 6 oktyabr.- S. 14.