"Kamançanamə"
Azərbaycan
və Ermənistan birgə film çəkib
Azərbaycan və Ermənistan
birgə film istehsal edib. APA-nın məlumatına
görə, film Avropa
Birliyinin təşkilatçılığı
ilə həyata keçirilən "Dağlıq
Qarabağ" münaqişəsinin
həlli istiqamətində
Avropa əməkdaşlığı"
layihəsi əsasında
istehsal olunub.
Layihə Böyük Britaniyanın Barışıq
təşkilatı tərəfindən
maliyyələşdirilir. Azərbaycan və Ermənistanda
istehsal olunan "Kamançanamə" filminin
əsas qəhrəmanları
Azərbaycan tərəfindən
xalq artisti Habil Əliyev, Ermənistan tərəfindən
tanınmış kaman
ifaçısıdır. Filmdə hər iki ölkənin
kaman ifaçısı
öz məharətlərini
göstərir və kamançanın tarixi haqqında məlumat verirlər. Filmin Azərbaycan tərəfindən
rejissoru Toğrul Cuvarlı, müəllifi Vüqar Səfərli, Ermənistan tərəfindən
isə Levon Kalantardır.
Tədbirdə filmlərin Azərbaycanda nümayişini
həyata keçirən
Humanitar Tədqiqatlar Cəmiyyətinin əməkdaşı
Kərim Kərimli bildirib ki, bu
layihə çərçivəsində
filmin nümayişinə
Gəncə şəhərindən
başlanıb. Onun sözlərinə
görə, Azərbaycan
tərəfindən filmlərin
istehsalını "İnternews"
həyata keçirir:
"Bizim məqsədimiz
və fəaliyyətimiz
Dağlıq Qarabağ
münaqişəsinin ədalətli
həllinə istiqamətlənib.
Bu məsələnin həlli
yolunda hərə öz bacardığı qədər iş görür, biz də bunu bacarırıq. Bu layihə çərçivəsində
eyni zamanda Azərbaycan və Ermənistanın ayrı-ayrılıqda
filmləri çəkilir.
Birgə
filmlərin çəkilişlərini
isə Ermənistan tərəfi Ermənistanda,
Azərbaycan tərəfi
Azərbaycanda həyata
keçirir".
K.Kərimli qeyd
edib ki, hələ ki nümayiş olunmayan
"Mənim dostum, mənim düşmənim"
Azərbaycan və Ermənistanın birgə
filminin də çəkilişləri hər
iki ölkə də baş tutub. Layihə çərçivəsində
ümumilikdə 17 film istehsal
olunub ki, bu filmlərin nümayişi Azərbaycanla
yanaşı, Ermənistan
və Dağlıq Qarabağda da təşkil olunur.
"İnternews"un
əməkdaşı Nailə
Babayeva qeyd edib ki, filmlərin
çəkilişindən sonra nəticəyə baxılır və ümumi razılıq əsasında xoşagəlməyən
məqamlar və faktlar montaj olunur. Layihənin davamında da
bir neçə birgə filmin istehsalı planlaşdırılır.
Humanitar Tədqiqatlar Cəmiyyətini
nümayiş zamanı
tamaşaçıların diqqətinə azərbaycanlı
və erməni gənc rejissorların birgə çəkdikləri
"Kamança-namə" filmi, eləcə də Dağlıq Qarabağ müharibəsi
zamanı hər iki gözünü itirmiş, hazırda Azərbaycan Dillər Universitetində çalışan
ingilis dili müəllimi və Dağlıq Qarabağda yaşayan keçmiş döyüşçünün həyatından bəhs edən filmlər təqdim olunub. Filmlərin nümayişindən sonra
isə müzakirələr
təşkil olunub.
Ekspress.- 2010.- 9-11 oktyabr.- S.
20.