"Onun ürəyi" çəkilib başa çatdı
Mədəniyyət
və Turizm Nazirliyinin
sifarişi ilə "Salnamə"
studiyası və "AGP production"ın birgə
istehsalı olan "Onun
ürəyi" filminin çəkilişləri
başa çatıb.
Azərbaycanda ilk dəfə nağıl-müzikl janrında
istehsal olunan filmin çəkilişlərinə
iyun ayının əvvəllərində start verilib.
Bakı,
İsmayıllı və
Naxçıvanda çəkilişləri
gerçəkləşən filmdə 3D qrafikasından
geniş istifadə olunur.
Filmin musiqiləri hazırdır,
montaj və qrafika işləri paralel olaraq aparılır.
25
dəqiqəlik filmin süjet
xətti xeyirlə
şərin mübarizəsi üzərində qurulub. Musiqi, xoreoqrafiya, gözoxşayan
görüntülərlə zəngin olacaq
filmin ssenari müəllifi
və rejissoru Samir Kərimoğludur.
Ekran əsərinin müəllifi və bəstəkarı
Vüqar Camalzadə, operatoru
Nadir Mehdiyev, qrafisti Tural Səfərov,
baş prodüseri Mahir İbrahimovdur. Filmdə
əsas rolları Murad Abdullayev
(Qədran), Aysel İbrahimova
(Pəri) ifa edirlər.
Qeyd edək ki, filmin yanvar ayında
tamaşaçıların ixtiyarına verilməsi nəzərdə tutulur.
AYXAN
Ekspress.- 2010.-13
oktyabr.-S. 23.