Milli Kitabxananın direktoru TÜRKSOY-un tədbirində iştirak
edib
TÜRKSOY-un baş
ofisində İqtisadi Əməkdaşlıq
Təşkilatı (ECO) ölkələri milli
kitabxanalarının Ankarada keçirilmiş 3-cü toplantısında iştirak edən nümayəndə heyətləri
ilə görüş keçirilib.
Türk dövlətləri, habelə İran və Pakistandan gəlmiş
nümayəndələrin qatıldığı
görüşdə M.F.Axundov adına Azərbaycan
Milli Kitabxanasının direktoru
Kərim Tahirov da iştirak edib.
Kitabxanadan APA-ya verilən
məlumata görə, görüşdə çıxış
edən TÜRKSOY-un baş direktoru Düsen Kaseinov bildirib ki, kitabxanalar hər bir toplumun maariflənməsində ən mühüm
amildir: "Texnologiyanın
inkişafı hər birimizin həyatında dəyişikliklər etsə də,
kitabların yerini heç bir şey verə bilməz.
TÜRKSOY türk dünyası
ölkələrinin kitabxanalarının fəaliyyətinə,
onların əməkdaşlığına dəstək
verməyə hazırdır".
Görüşdən sonra milli kitabxanaların
direktorlarına xatirə hədiyyələri təqdim olunub.
Ekspress.- 2010.- 20
oktyabr.- S. 14.