ABŞ-da "Qarabağ"
fotosərgisi
ABŞ
paytaxtının iki sərgi salonunda - "Studio" və
"Honfleur" qalereyalarında
oktyabrın sonuna qədər "Qarabağ" adlı fotosərgi nümayiş etdirilir
Vaşinqtonda fəaliyyət göstərən
"Qarabağ" fondu
tərəfindən təşkil
edilən bu sərgidə Azərbaycanın
ən gözəl güşələrinin dünəni
və bu gününə dair şəkillər əks olunub.
"Studio"
incəsənət qalereyasındakı
sərgidə Qarabağın
qədim memarlıq abidələri, zəngin mədəni irsi, tanınmış xadimləri
və gündəlik məişət ənənələrini
təsvir edən işlərlə yanaşı,
Azərbaycanın bu bölgəsində Ermənistanın
işğalçı siyasətinin
acınacaqlı nəticələrini
göstərən fotolar
da yerləşdirilib.
Qeyd edək ki, sərginin eksponatları Heydər Əliyev Fondu, Türkiyənin
"Zaman" qəzeti,
eləcə də kökləri Qarabağ bölgəsinə söykənən
bir sıra ailələr tərəfindən
təqdim edilib.
Fotosərgiyə amerikalı sənətsevərlərin münasibətindən
danışan "Qarabağ"
Fondunun icraçı
direktoru Diana Altman jurnalistlərə
bildirib ki, sərginin tamaşaçıları
nümayiş etdirilən
fotoları böyük
maraq və həvəslə izləyirlər:
"Sərgiyə gələnlər
Qarabağın, xüsusilə
də Şuşanın
sivilizasiya beşiyi kimi rolu, ümumiyyətlə,
Azərbaycan mədəniyyətinin
dünya mədəni
irsinə töhfələrini
görməkdən təəccüblərini
gizlətmirlər".
AYXAN
Ekspress.- 2010.- 20
oktyabr.- S. 14.