Bakıda özbək kinosu günləri

 

Oktyabrın 25-dən 28-dək Azərbaycanda Özbəkistan Kinosu Günləri keçiriləcək. Bu münasibətlə "Özbəkkino" Milli Agentliyinin baş direktorunun müavini Cahangir Kasimovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 25-də Bakıya gələcək.

Mədəniyyət Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya deyib ki, nümayəndə heyətinə aktyor Ulmas kinorejissor Kamara Kamalova, rejissor aktyor Mansur Abduxalikov daxildir.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev Özbəkistan nümayəndə heyətini qəbul edəcək. Həmin gün Dövlət Film Fondunda da özbək qonaqlarla görüş olacaq. Özbəkistan kino günlərinin təntənəli açılış mərasimi oktyabrın 25-də Gənc Tamaşaçılar Teatrında keçiriləcək. Oktyabrın 26-da Özbəkistan nümayəndə heyətinin Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində, "Azərbaycanfilm" kinostudiyasında görüşləri olacaq.

Qonaqlar İçərişəhərə, Şirvanşahlar sarayı, Müasir İncəsənət Muzeyinə baş çəkəcək, dahi özbək şairi Əlişir Nəvainin Bakıdakı abidəsini ziyarət edəcəklər.

Qonaqların oktyabrın 27-də İsmayıllıya səfəri də planlaşdırılır. Səfərin sonuncu günü "Qala" tarix-etnoqrafiya qoruğu və Atəşgaha ekskursiya təşkil olunacaq, kino günləri ilə bağlı mətbuat konfransı keçiriləcək.

Özbək kinosu günlərində Azərbaycan tamaşaçıları özbək kinematoqrafçıları tərəfindən hazırlanmış "Səma altında yol", "Ötən günlər", "18-ci kvadrat" bədii filmlərinə, "Şərq dürdanəsi" "Registan. Səmərqənd gövhəri" sənədli filmlərinə baxa biləcəklər.

236 saylı məktəbdə isə "Özbəkistan çizgi filmləri günü" olacaq.

 

 

Ekspress.-2010.- 22 oktyabr.- S. 14.