Müslüm Maqomayev
anıldı
Azərbaycanın
dünya şöhrətli müğənnisi
Müslüm Maqomayev
vəfatının ikinci
ildönümündə anılıb. Bəstəkarlar
İttifaqının mətbuat katibi İltifat Hacıxanoğlunun məlumatına
görə, əvvəlcə sənətkarın 1-ci Fəxri
Xiyabandakı məzarı ziyarət olunub.
Ziyarətdə Azərbaycanın
tanınmış mədəniyyət və incəsənət
xadimləri, Mədəniyyət və Turizm
Nazirliyinin nümayəndələri,
Rusiyanın Azərbaycandakı səfiri Vladimir
Doroxin və Azərbaycana səfərə
gələn Özbəkistan nümayəndə heyəti iştirak edib.
Daha sonra anım tədbiri Azərbaycan Bəstəkarlar İttifaqında davam etdirilib.
İttifaqın sədri, xalq artisti Firəngiz
Əlizadə Müslüm
Maqomayevin sağ ikən bu qurumun
üzvü olmasından
qürur duyduqlarını
söyləyib: "O, dahi
müğənni olmaqla
yanaşı, həm də böyük bəstəkar idi. Məhz buna görə də 80-ci illərdə istisna olaraq Bəstəkarlar
İttifaqına üzv seçilib.
Müslüm Maqomayev insanlarla təmasda olmağı sevirdi və ömrünün
sonuna qədər internetdə pərəstişkarları
ilə yazışırdı".
Tədbirdə
Ruhəngiz Qasımova, Zemfira Qafarova, Həcər Babayeva və digərləri xatirələrini bölüşüblər.
Tədbir M.Maqomayevin mahnılarının
ifası ilə davam etdirilib.
AYXAN
Ekspress.- 2010.-26 oktyabr.- S. 14.