Özbəkistan
Kino Günləri açıldı
Dünən
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında Azərbaycanda Özbəkistan Kino
Günlərinin açılış mərasimi keçirilib.
APA-nın məlumatına görə, açılış
mərasimində ilk öncə
bu ilin aprelində
Özbəkistanda keçirilən
Azərbaycan Kino Günləri
ilə bağlı hazırlanmış xüsusi
çarx nümayiş
olunub.
Mədəniyyət və turizm
naziri Əbülfəs
Qarayev iki dost ölkə arasında mədəni əməkdaşlığın
gücləndirilməsi naminə
bu cür tədbirlərin keçirilməsini
əhəmiyyətli hesab
etdiyini deyib.
Özbəkistanın Azərbaycandakı səfiri İsmətullah İrqaşev də çıxış edərək
bildirib ki, günü-gündən inkişaf
edən, müasirləşən
Azərbaycanda Özbəkistan
Kino Günlərinin keçirilməsi
olduqca təqdirəlayiqdir.
Səfir kino günlərində
azərbaycanlı kinosevərlərin
mənalı vaxt keçirəcəklərinə ümid etdiyini vurğulayıb.
Çıxışlardan sonra qonaqlara
Özbəkistanda istehsal
olunmuş "Səma
altında yol" filmi göstərilib.
Xatırladaq ki, oktyabrın
27-nə kimi davam edəcək Özbəkistan
Kino Günləri çərçivəsində
Azərbaycan kinosevərləri
"Ötən günlər",
"18-ci kvadrat" bədii
filmlərinə, "Şərq
dürdanəsi" "Registan.
Səmərqənd gövhəri" sənədli filmlərinə
baxmaq imkanı əldə edəcəklər.
236 saylı məktəbdə
isə "Özbəkistan
cizgi filmləri günü" keçiriləcək.
Ekspress.-2010.-27 oktyabr.- S.
23.