İlyas Əfəndiyev Fondu ABŞ-ın "Boeing" şirkəti
ilə birgə sosialyönümlü layihə həyata keçirir
İlyas Əfəndiyev Fondu Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə
verilməsi (deinstitusionalizasiya)
və alternativ qayğı proqramına müvafiq olaraq "Kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaq və yeniyetmələr üçün
sosial-hüquqi reabilitasiya
mərkəzi"nin layihəsini hazırlayıb
və ABŞ-ın
"Boeing" şirkəti ilə birgə oktyabrın 1-dən icrasına
başlayıb.
Fondun mətbuat xidmətindən
verilən məlumata görə, məqsəd kimsəsiz və valideyn himayəsindən məhrum uşaq və yeniyetmələrin hüquqlarının bərpası,
cəmiyyətə inteqrasiyası,
təhsil, yaşayış
yeri, məşğulluq,
sağlamlıq, asudə
vaxtın təşkili
ilə bağlı problemlərin həllinə
xidmət edəcək
reabilitasiya mərkəzi
yaratmaqdır. Bakı və Abşeron
yarımadasını əhatə
edəcək layihənin
müddəti bir ildir. Layihə çərçivəsində
ölkənin müxtəlif
dövlət və özəl qurumları, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq nəzərdə
tutulub.
Layihəyə könüllülərin
cəlb olunması və onlar üçün
treninqlərin təşkili
vacib vəzifələrdən
biridir. Layihə çərçivəsində,
həmçinin, monitorinq
və təbliğat işlərinin aparılması,
həssas qrupa dair informasiya bankının yaradılması,
ona hüquqi və psixoloji, lazım olarsa, tibbi yardımın göstərilməsi, müxtəlif
marafon, aksiya və digər xüsusi tədbirlərin
keçirilməsi, istedadlı
və əməkqabiliyyətli
həssas qrup üzvlərinin məşğulluq
problemlərinin həll
olunmasına dəstək
verilməsi nəzərdə
tutulub.
AYXAN
Ekspress.- 2010.- 27 oktyabr.- S. 14.