Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri keçirilir

 

Dünən Mərakeş Krallığında Azərbaycan  Mədəniyyəti Günləri başlayıb.

 

   Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumatda qeyd olunur ki, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə Mərakeşə yolanan incəsənət xadimlərimiz noyabrın 1-dək Mərakeşdə mədəniyyətimizi təbliğ edəcəklər.

   Mədəniyyət Günləri çərçivəsində Azərbaycan sənətçilərinin iştirakı ilə konsertlər və foto-sərgi təşkil ediləcək. Konsert proqramlarında Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər Ağaverdi Paşayev), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu, solistlərdən xanəndələr Qoçaq Əsgərov, Güllü Muradova, vokalçılar Ramil Qasımov, İnarə Babayeva, pianoçu Yeganə Axundova, skripkaçı Səlim Abbasov çıxış edəcək.

   Qeyd edək ki, Mərakeşdə Azərbaycan Mədəniyyət Günlərinin təşkili iki ölkənin hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında 2008-ci il tarixli sazişə əsasən keçirilir. Mədəniyyət Günləri Azərbaycanla Mərakeş arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edir.

  

 

AYXAN

 

Ekspress.- 2010.- 27 oktyabr.- S.14.