Bakıda beynəlxalq
teatr konfransı
"Azərbaycan teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramına əsasən Mədəniyyət və
Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı
ilə müasir dövrün
teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktik
konfrans keçiriləcək. "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər
və alternativlər" mövzusunda olan konfrans öz
işinə noyabrın 9-da başlayacaq. Nazirliyin mətbuat xidmətindən verilən
məlumatda qeyd olunur ki, konfransda Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssislərinin, rejissor və dramaturqlarının,
kulturoloqlarının iştirakı nəzərdə tutulub.
Azərbaycanda ilk dəfə
keçiriləcək Beynəlxalq elmi-praktik konfransın dəvətliləri
sırasında ABŞ, Kanada, Türkiyə, İngiltərə,
Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belarus, Estoniya, Özbəkistan,
Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova,
Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Cin, Səudiyyə
Ərəbistanı, İran, Sinqapur, Honq-Konq, Küveyt kimi
ölkələrdən tanınmış teatr simaları var.
Elmi-praktik konfrans
çərçivəsində tanınmış teatr xadimlərinin
ustad dərsləri və treninqlər keçməsi
planlaşdırılır. Dövlət Proqramında belə
elmi-praktik konfransların iki ildən bir keçirilməsi nəzərdə
tutulub.
AYXAN
Ekspress.-2010.- 28 oktyabr.- S. 14.