Azərbaycanı
davamlı inkişaf yoluna
çıxarmış lider
Prezident İlham Əliyev təkcə milli-mənəvi
dəyərlərin deyil, həm də insan hüquq və
azadlıqlarının etibarlı təminatçısıdır
Hər bir xalqın milli inkişaf yolunun banisinə çevrilən, onu dünya miqyasında
tanıdaraq layiqli mövqelərə
çıxaran fenomen liderlər həm də
dövlətçilikdə siyasi varislik ənənələri
formalaşdıraraq böyük
müdrikliklə hazırlayıb həyata keçirdikləri
mütərəqqi ideyaların
davamlılığını təmin edirlər. Ötən əsrdə
xalqın yetirdiyi belə nadir
şəxsiyyətlərdən biri olan ulu öndər Heydər
Əliyev də müstəqil Azərbaycanın davamlı inkişaf konsepsiyasını irəli sürməklə
yanaşı, həm də bu strateji kursu qloballaşma dövrünün
diktə etdiyi yeni
şərtlər müqabilində reallaşdırmağa qadir, yüksək istedadlı, praqmatik
və rasional təfəkkürlü,
xalqını, dövlətini sevən, yüksək idarəçilik
keyfiyyətlərinə malik siyasi lider yetişdirmişdir.
Ulu öndər Heydər
Əliyevin 2003-cü ilin prezident seçkiləri ərəfəsində
"Mən ona özüm qədər inanıram" deyərək
layiqli davamçısı kimi cəmiyyətə təqdim
etdiyi cənab İlham Əliyevin respublikaya rəhbərliyi
dövründə əldə olunmuş böyük na-iliyyətlər
Azərbaycan xalqının öz seçimində
yanılmadığını göstərir. 2003-cü ilin
prezident seçkilərindən ötən 7 il müddətində
Azərbaycan Prezidenti İlham Əliyev böyük öndərin
siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz
siyasi lider olduğunu təsdiqləmiş, yüksək idarəçilik
və liderlik keyfiyyətləri ilə ictimai inamı
doğrultmuşdur. Cənab İlham Əliyevin fə-aliyyətinin
üstün cəhəti məhz bundan ibarətdir ki, o,
mövcud gerçəklikləri obyektiv şəkildə qiymətləndirməyi,
milli maraqlar naminə cəsarətli addımlar atmağı,
yaranmış ekstremal şəraitdə optimal qərarlar qəbul
etməyi, ölkənin taleyüklü problemlərinə həssaslıqla
yanaşmağı bacarır. Azərbaycan Prezidenti xalq
qarşısında verdiyi hər bir vədə sadiqlik
nümayiş etdirərək ictimai həyatın müxtəlif
sahələrində yeni dövrün tələblərinə
uyğun islahatların aparılmasını təmin
etmişdir.
Hər bir məsələdə
ulu öndərin ideyalarına tapınan Azərbaycan Prezidenti
İlham Əliyevin milli mədəniyyətin, milli-mənəvi
dəyərlərin qorunması, inkişaf etdirilərək gənc
nəsillərə çatdırılması ilə
bağlı siyasəti də bu baxımdan çağdaş
dövrün bir sıra reallıqları ilə şərtlənir.
Şübhəsiz, hər bir xalqı milli-mənəvi və
dini dəyərlər qədər birləşdirən ikinci
qüvvə yoxdur. Azərbaycan xalqını vahid ideologiya ətrafında
birləşdirən onun zəngin mədəniyyəti, mənəvi
dəyərləri, adət-ənənələri ilə
yanaşı, həm də islam dinidir. Cənab İlham Əliyevin
milli ideologiya və milli-mənəvi dəyərlər
probleminə dair baxışları onun siyasi portretinin əsas
cizgilərini təcəssüm etdirir. Cənab İlham Əliyevin
bu sahədəki xidmətlərinin yalnız xalqın milli dəyərlərinə
- mədəniyyətinə, ədəbiyyatına, folkloruna,
incəsənətinə yüksək qayğı, diqqət
nümunəsi kimi dəyərləndirilməsi bu fə-aliyyətin
gerçək miqyası üçün kifayət qədər
dar çərçivədir. Görülən bu işlər,
sadəcə, qayğı və diqqət nümunəsi
olmaqla məhdudlaşa bilməz. Bütün bunlar qədimlərdən
bizə gəlib çatan müqəddəs irsin gələcək
nəsillərə əmanət edilməsi, azərbaycançılıq
və türkçülük məfkurəsinin, əxlaqının,
baxışlar sisteminin bütün dünyada təbliği, qəbul
olunması üçün həyata keçirilən məqsədyönlü
strategiyanın tərkib hissəsidir.
Dövlət
başçısı İlham Əliyev daim vurğulayır
ki, bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən
biri də məhz azərbaycançılıqdır. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin
müdrikliklə irəli sürdüyü azərbaycançılıq
ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda,
dildə, dində, ədəbiyyatda, bir sözlə, mənəvi
mədəniyyətin bütün sahələrində istiqamətləndirici
məfkurə olmalıdır. Əsrlərdən miras
qalmış mütərəqqi mənəvi dəyərlər
Azərbaycan xalqının milli mövcudluğunun və
dövlətçiliyinin qarantına çevrilməlidir. Eyni
zamanda hər bir vətəndaş bu torpağa, vətənə,
xalqa mənsubluğu, milli-mənəvi, dini dəyərləri
ilə qürur duymalıdır.
Prezident İlham Əliyev
ilk gündən xalqın milli mədəniyyətinin və mənəviyyatının
qorunub saxlanılmasına, inkişaf etdirilməsinə xidmət
edən strateji siyasi kursa üstünlük vermişdir. Cənab
İlham Əliyev son 7 ildə mədəniyyət və incəsənət
işçilərinin - rəssamların, heykəltəraşların,
eləcə də yazıçı və şairlərin
problemlərini xüsusi diqqət mərkəzində
saxlaması, onların iş şəraitini
yaxşılaşdırması, yaradıcılıq
emalatxanalarının inşasına göstəriş verməsi
da xüsusi vurğulanmalıdır. Bu təbəqədən
olan insanların dövlət səviyyəsində təntənəli
yubiley mərasimlərinin keçirilməsi, onların sosial
durumunun yaxşılaşdırılması istiqamətində
konkret addımların atılması, o cümlədən mədəniyyət
və incəsənət xadimlərinə fərdi Prezident təqaüdlərinin
təsis edilməsi bu siyasətin mühüm tərkib hissəsidir.
Azərbaycan
Prezidenti İlham Əliyevin elmin, təhsilin, mədəniyyətin
inkişafını sürətləndirən onlarla fərman
və sərəncamlar, dövlət proqramları
imzalaması onun yetişməkdə olan gənc nəslin mənəvi
bütövlüyü, kamilliyi və saflığı, habelə
qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi
müqavimətin təkmilləşdirilməsi istiqamətində
həyata keçirdiyi siyasətin mühüm məqamlarıdır.
Bütün bunlar eyni zamanda mənəvi yüksəlişə,
intibaha xidmət edən mühüm addımlar kimi cəmiyyətin
pozitiv ruhda inkişafına təkan vermişdir.
Xüsusi
vurğulamaq lazımdır ki, ölkədə klassik irs və
milli-mənəvi dəyərlərin qorunması, təbliği
istiqamətində həyata keçirilən tədbirlərdə
ictimai əsaslarla fəaliyyət göstərən Heydər Əliyev
Fondunun də müstəsna payı var. Fondun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən çoxşaxəli layihələri
birləşdirən ümumi ortaq xətt də məhz milli
genefondun, milli-mənəvi irsin qorunması məqsədidir.
Azərbaycan
xalqının tarixən oturuşmuş milli-mənəvi dəyərləri,
dünyagörüşü respublikamızın demokratik,
sivil inkişaf yolu ilə irəliləməsinə, sürətlə
müasirləşməsinə, tolerant ölkə kimi
tanınmasına da geniş imkanlar yaratmışdır. Eyni
zamanda ölkənin sürətli iqtisadi inkişafı cənab
İlham Əliyevə demokratikləşmə kursunu uğurla
davam etdirməklə yanaşı, insan hüquq və
azadlıqlarının etibarlı təmini sahəsində
kompleks tədbirləri uğurla gerçəkləşdirmək
imkanı yaratmışdır.
Tarixi təcrübə
də sübut edir ki, demokratikləşmə prosesinin sürətlənməsi
təkcə iqtisadi inkişafla deyil, həm də cəmiyyətdə
sabitliyin, hüquq qaydalarının, qanunçuluğun
möhkəmləndirilməsi, bir sözlə, hüquqi
dövlət və vətəndaş cəmiyyəti
quruculuğuna yönəlmiş islahatların dərinləşdirilməsi
ilə şərtlənir. Dövlət
başçısı cənab İlham Əliyev Azərbaycanın
sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə
proseslərini bir-birindən təcrid olunmuş şəkildə
götürmədən hər iki xətti Azərbaycanın gələcək
yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır.
Azərbaycan Prezidentinin bu barədə irəli
sürdüyü fikirlər təkcə Azərbaycanın
yox, ümumilikdə demokratiya yoluna yenicə qədəm
qoymuş bütün müstəqil ölkələrin gələcək
inkişafının təməl prinsipi kimi tətbiq edilə
bilər. "Ölkədə həm siyasi, həm də
iqtisadi sahədə islahatlar cəsarətlə
aparılır. Mən tam əminəm ki, siyasi və iqtisadi
islahatlar, iqtisadi yüksəliş və demokratikləşmə
prosesləri bir-birini tamamlamalıdır və paralel şəkildə
həyata keçirilməlidir. Əks təqdirdə iqtisadi
durum yaxşılaşmasa, bizim iqtisadi planlarımız həyata
keçməsə, təbii ki, Azərbaycanda tam şəkildə
demokratik cəmiyyətin qurulmasından söhbət gedə
bilməz" - deyən Prezident İlham Əliyev haqlı
olaraq bəyan edir ki, hər hansı ölkənin inkişafı
heç də təbii sərvətlərin zənginliyi ilə
deyil, demokratikləşmə proseslərindən, qanunun
aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının
inkişafından, hamının qanun və məhkəmə
qarşısında bərabərliyindən
asılıdır.
Müasir dövrdə
demokratiyanın inkişafı, qanunçuluğun təminatı,
insan hüquq və azadlıqlarının qorunması həm
də sosial rifah, iqtisadi tərəqqi amilləri ilə şərtlənir.
Respublikamızın iqtisadi imkanları genişləndikcə,
Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq
mütərəqqi yolla irəliləməklə, insan
hüquq və azadlıqlarının təminatı,
demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza
atır. Azərbaycan Prezidenti İlham Əliyev son illərdə
cəmiyyətin hüquq sisteminin əsasını təşkil
edən milli qanunvericiliyin təkmilləşdirilməsi
prosesini diqqət mərkəzində saxlamış, məhkəmə,
ədliyyə, polis və prokurorluq orqanlarının daha səmərəli
fəaliyyətinə, habelə insan hüquqlarının
etibarlı təminatına yönəlmiş yeni qanun və qərarlar
qəbul edilmişdir. 2009-cu il martın 18-də Azərbaycan
Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə
əlaqədar keçirilmiş referendum da xalqın suveren
hüququnu və azad siyasi iradəsini ifadə etməsinə
maksimum imkan yaratmaqla, demokratikləşmə prosesində
keyfiyyətcə yeni mərhələnin əsasını
qoymuşdur. 18 mart referendumunun ciddi şəkildə dəstəklənməsi
və pozitiv nəticələrlə yekunlaşması isə,
ilk növbədə, cəmiyyətin Heydər Əliyev
ideallarına sədaqətinin, eləcə də ulu öndəin
böyük uzaqgörənliklə müəyyənləşdirdiyi
strateji inkişaf kursunu layiqincə davam etdirən cənab
İlham Əliyevə sarsılmaz inamının bariz təcəssümüdür.
Səsvermə prosesinin yekun nəticələri eyni zamanda
ictimaiyyətin hüquqi və demokatik yeniliklərə, insan
hüquqlarının genişləndirilməsi məsələlərinə
həssas münasibətini nümayiş etdirmişdir.
Bu gün əminliklə
deyə bilərik ki, əsası ulu öndər Heydər Əliyev
tərəfindən qoyulmuş məhkəmə-hüquq
islahatları son illərdə yüksək əzmlə, yeni
dövrün gerçəkliklərinə uyğun davam
etdirilmiş, məhkəmələrin fəaliyyətinin
müasirləşdirilməsi və təkmilləşdirilməsi
məsələləri daim ön plana çəkilmişdir.
Ədalət mühakiməsini həyata keçirən məhkəmələrin
maddi-texniki bazasının, iş şəraitin
yaxşılaşdırılması, insan hüquq və
azadlıqlarının təminatında bu müstəqil
hakimiyyət institutunun rolunun artırılması yüksək
dinamizlə reallaşdırılan hüquq islahatlarının
əsas qayəsini təşkil etmişdir. Vətəndaşların
mənafeyinə hesablanmış çoxşaxəli
hüquqi, iqtisadi-siyasi islahatların davam etdirildiyi bir şəraitdə
məhkəmələrin fəaliyyətində müşahidə
olunan bəzi çatışmazlıqların və bununla əlaqədar
ictimai narazılıqların tamamilə aradan
qaldırılması mühüm vəzifələrdən
biri kimi nəzərdən keçirilir. Bunun nəticəsidir
ki, hazırda respublikada ədalət mühakiməsi hakimlərin
müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət
qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə
və qanunlara uyğun həyata keçirilir.
Ötən illərdə
ölkədə ədliyyə və məhkəmə
orqanlarında aparılan islahatlar tam mahiyyəti ilə ölkədə
qanunçuluğun, demokratik norma və prinsiplərin yüksək
səviyyədə təminatına xidmət edir. Dövlət
başçısı keyfiyyətcə yeni mərhələdə
ədalət mühakiməsinin səmərəliliyini
artırmağa, tam obyektivliyini təmin etməyə
çalışır və bu istiqamətdə bütün
zəruri tədbirləri həyata keçirir. Xüsusi
vurğulamaq lazımdır ki, son illərdə Azərbaycan
Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı
ilə məhkəmələrin yeni bina və inventarla təmin
olunması istiqamətində də mühüm addımlar
atılır. 2009-cu il ilin mayında Azərbaycan
Respublikası Ali Məhkəməsinin ən müasir
standartlara cavab verən yeni binasının tikilib istifadəyə
verilməsi də buna əyani sübutdur. Bu, dövlət
başçısının məhkəmələrin fəaliyyətinə
və hüquq sistemindəki yerinə xüsusi həssaslıqla
yanaşdığını bir daha təsdiqləyir.
Ümumilikdə,
2008-ci ilin 15 oktyabrında xalqın iradəsi ilə ikinci
müddətə Azərbaycan Respublikasının Prezidenti
seçilmiş İlham Əliyev ötən müddətdə
hüquqa və ədalətə söykənən məhkəmə-hüquq
islahatlarını uğurla davam etdirmiş, vətəndaş
cəmiyyəti quruculuğu, milli-mənəvi dəyərlərin
qorunması istiqamətində inamlı addımlar
atmışdır. Bütün bunların fonunda əminliklə
demək olar ki, müdrik və uzaqgörən Azərbaycan
xalqının 2008-ci il 15 oktyabr tarixli seçimi də obyektiv
reallıqla şərtlənmiş, ölkə vətəndaşları
hər vədini əməli işi ilə doğruldan, əzmkar
fəaliyyəti ilə ölkə həyatının ən
müxtəlif sahələrində inkişaf və tərəqqiyə
zəmin formalaşdıran, insan və şəxsiyyət
amilini uca tutan layiqli siyasi liderə səs vermişlər.
Baba TAĞIYEV,
Milli Məclisin deputatı
Ekspress.- 2010.- 28 oktyabr.- S. 5.