Azərbaycanla Özbəkistan mədəni əlaqələri genişləndirir

 

Dünən Mədəniyyət Turizm Nazirliyində Azərbaycanda keçirilən Özbəkistan Kinosu Günlərinin yekununa həsr olunmuş mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, konfransda Mədəniyyət Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, "Özbəkkino" Milli Agentliyinin baş direktorunun müavini, Özbəkistanın əməkdar mədəniyyət xadimi Cahangir Kasımov, Özbəkistanın xalq artisti, aktyor Ulmas Əlixodjayev, Özbəkistanın əməkdar incəsənət xadimi, kinorejissor Kamara Kamalova, rejissor aktyor Mansur Abduxalikov iştirak edib.

Özbəkistan Kinosu Günlərinin uğurla keçdiyini bildirən Cahangir Məmmədov bunu iki ölkə arasında əməkdaşlığın ilkin mərhələsi kimi yüksək qiymətləndirib.

"Özbəkkino" Milli Agentliyinin baş direktorunun müavini Cahangir Kasımov səfərdən məmnun qaldıqlarını dilə gətirib. O vurğulayıb ki, ilkin razılaşmaya görə, Özbəkistanda yaşayan məşhur azərbaycanlı şair Maqsud Şeyxzadə haqqında gələn il sənədli filmin istehsalına qərar verilib.

Tədbir Azərbaycan Özbəkistan arasında mədəni əlaqələrin genişlənməsinə, hər iki ölkədə filmlərin nümayişinə, müxtəlif janrda ekran əsərlərinin müştərək istehsalına digər məsələlərə dair protokolun imzalanması ilə yekunlaşıb.

Xatırladaq ki, oktyabrın 25-dən 28-ə qədər Azərbaycanda keçirilən Özbəkistan Kinosu Günləri çərçivəsində "Ötən günlər", "18-ci kvadrat" bədii, "Şərq dürdanəsi", "Registan. Səmərqənd gövhəri" sənədli filmləri nümayiş olunub, "Özbəkistan çizgi filmləri günü" təşkil olunub.

 

 

Ekspress.- 2010.- 29 oktyabr.- S. 23.