"Muzeylərə çevrilmiş imarətlər"

 

İncəsənət Muzeyində italiyalı fotoqrafın sərgisi açıldı

 

Dünən R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində "İtaliya dili və mədəniyəti" proqramı çərçivəsində "Muzeylərə çevrilmiş imarətlər" adlı foto-sərginin açılışı keçirilib.

APA-nın məlumatına görə, sərgidə italiyalı fotoqraf Ömər Keiraouinin fotolarının nümayişi təşkil olunub.

Fotoqraf bildirib ki, onun fotolorı İtaliyanın çox tanınmış mədəniyyət incəsənət xadimlərinin evlərində çəkilib. Onların sırasında Cüzeppe Verdinin evi var.

Qonaq Bakıda ilk dəfə olduğunu bu şəhəri çox sevdiyini dilə gətirib, lakin Azərbaycan evləri ilə hələ tanış olmadığını söyləyib. Fotoqrafın fikrincə, hər bir evin özünəməxsus ab-havası, atmosferi olmalıdır əsərin necə alınmasına bu da təsir edir.

İtaliyanın Azərbaycandakı səfiri Morio Bandi "İtaliya dili mədəniyyəti" proqramı çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq bu addımı iki ölkənin yaxınlaşması yönündə təqdirəlayiq adlandırıb.

Sərgidə mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu digər tanınmış şəxslər iştirak ediblər. Sərgi italiyanın tanınmış pianoçusu Stefano Ranyinin ifası ilə davam etdirilib.

 

 

Ekspress.- 2010.- 29 oktyabr.- S. 23.