Macarıstandakı
səfirliyimizdə sərgi və konsert keçirilib
Oktyabrın
27-də Azərbaycanın Macarıstan Respublikasındakı səfirliyinin
sərgi zalında səfirlik və Anna Szaloky Qalereyasının birgə təşkilatçılığı
ilə macar rəssamı Sabo
Şipoş Barnabaşın rəsmlərindən
ibarət sərgi təşkil olunub.
Səfirlikdən
APA-ya verilən məlumata görə,
səfir Vilayət
Quliyev qonaqları salamlayaraq bildirib ki, belə sərgilər
iki xalqın
mədəniyyətlərinin qarşılıqlı təbliği istiqamətində mühüm
vasitədir.
V.Quliyev belə tədbirlər
üçün
səfirliyin qapılarının hər zaman açıq olduğunu vurğulayıb.
Rəssam B.Şipoş isə
sərginin keçirilməsində göstərdiyi dəstəyə
görə səfirliyə öz təşəkkürünü bildirərək yaradıcılıq fəaliyyəti ilə bağlı
qonaqlara qısa məlumat verib.
Daha sonra tədbir səfirliyin konsert zalında macar pianoçusu, beynəlxalq müsabiqələr laureatı Renata Konyiçkanın ifasında konsert proqramı ilə davam etdirilib.
Tədbirdə Macarıstan ictimaiyyətinin və diplomatik korpusun nümayəndələri, Azərbaycan
diasporunun üzvləri
və Macarıstanda təhsil alan
azərbaycanlı tələbələr
iştirak edib.
Ekspress.- 2010.- 29
oktyabr.- S. 14.