Zəngilansızlıqdan
17 il ötdü
Ermənilər
rayon ərazisindəki meşələrin
axırına çıxıblar
Zəngilan rayonunun işğalından 17 il ötdü. Qeyd edək ki, Zəngilan 1993-cü il 29 oktyabr
tarixində ermənilər
tərəfindən işğal
olunan sonuncu rayondur.
Qonşu Qubadlı və
Cəbrayılın işğalı
nəticəsində mühasirəyə
düşən rayon əhalisi
çıxış yolunu
Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə ikinci
bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz
olacaqdı.
Zəngilan inzibati rayon kimi
1930-cu ildə təşkil
edilib. Şimaldan Qubadlı, şərqdən
Cəbrayıl, cənubdan
İran İslam Respublikası, qərbdən
Ermənistan Respublikası
ilə həmsərhəddir.
Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin
mətbuat xidmətindən
"Ekspress"ə verilən
məlumatda bildirilir ki, Zəngilan rayonunda sənaye əhəmiyyətli ehtiyatları
6,5 ton qızıl və
3 min ton mis təşkil
edən Vejnəli qızıl, ehtiyatları
6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş
əhəngdaşı, təsdiq
edilmiş ehtiyatları
129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum)
əhəngdaşı, ehtiyatları
6024 min ton olan qırmadaş
və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı,
ümumi ehtiyatları
28943 min m3 təşkil edən
Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan
kərpic-kirəmid istehsalına
yararlı Zəngilan gil və ehtiyatları
17367 min m3 olan Zəngilan
qum-çınqıl qarışığı
yataqları vardı. Zəngilan rayonunun Muğanlı kəndində
diametri 50 sm, hündürlüyü 8 m, yaşı
250 il olan 1 ədəd dağdağan,
Mincivan qəsəbəsində
diametri 60 sm, hündürlüyü 20 m, yaşı
120 il olan və diametri 100 sm, hündürlüyü
30 m, yaşı 300 il
olan 2 ədəd şərq çinarı,
Zəmiyeri adlanan sahədə diametri 60 sm, hündürlüyü
12 m, yaşı 160 il
olan 1 ədəd palıd ağacı pasportlaşdırılaraq qorunurdu.
Həmçinin, ərazidə meşə
gilası, Zəngilan gəvəni, dağdağan,
ağac gəndalaş,
meşə üzümü,
"xarı bülbül",
səhləbin bir necə növü, Qarabağ dağlaləsi və sağsağan gülxətmisi kimi nadir bitkilər geniş yayılmışdır.
Rayonda 107 hektar sahəsi olan Avropada 1-ci Bəsitçay
Dövlət Təbiət
Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq,
4 təbiət abidəsi,
10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən
ibarət olan
Yesentuki-4 suyuna tərkibcə
uyğun gələn Qotursu mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində
Turşsu mineral bulaqları
var idi.
Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi
çirkli suları və Qafan, Qacaran şəhərlərinin
bioloji çirkli suları təmizlənmədən
(zərərsizləşdirilmədən)
birbaşa Oxçuçaya
buraxılır ki, bu da çay
hövzəsini "ölü
zonaya" çevirmiş,
nəticədə çay
suyunda formalaşmış
mikroflora və fauna məhv olmuş, çayın öz-özünü
təmizləmə prosesi
dayanıb.
ETSN-nin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf
mühitə və təbii sərvətlərə
dağıdıcı təsiri
müəyyənləşdirən operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə rayon ərazisində
təbii sərvətlərin
ermənilər tərəfindən
dağıdılmasına dair
faktlar aşkarlanıb. Belə ki, Zəngilan
meşə təsərrüfatının
Topmeşə sahəsinin
qoz, şərq çinarı və digər qiymətli ağacları ermənilər
tərəfindən tamamilə
qırılaraq işlik
materialı kimi daşınıb.
Ermənilər dəfələrlə
Bartaz və Vejnəli sahələrində
olan ardıc meşələrində güclü
yanğınlar törətmiş,
Meşə Təsərrüfatı
İdarəsinin inzibati
binasını yandırmış,
binanın ətrafında
olan 2 hektara yaxın çoxillik qoz, çinar və şam ağaclarını tamamilə
qırımışlar.
Daş-başı və Leşkar
meşələrində 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları,
həmçinin Top və
Şükürataz meşə
sahəsində olan
350-400 illik yaşlı
palıd ağacları
da qırılıb daşınmış və
ərazi yandırılmışdır.
Aytən NƏBİYEVA
Ekspress.- 2010.- 30
oktyabr-1 noyabr.- S. 7.