Tariximizin şanlı səhifəsiAzərbaycan
paytaxtının işğaldan
azad olunmasından 92 il ötdü
Bakı şəhərinin işğaldan
azad olunmasından 92 il ötür.
Anadoludan yola çıxan
Qafqaz İslam Ordusu 1918-ci il
sentyabrın 15-də Nuru
Paşanın rəhbərliyi
ilə Bakıya daxil olaraq şəhəri
erməni-bolşevik işğalından
azad edib.
Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bununla həm Azərbaycanın
müstəqilliyi təmin
olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
1918-ci ilin mayında Azərbaycanın
müstəqilliyinin elan
olunmasına baxmayaraq,
ölkə ərazisinin
bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı
altında idi. Azərbaycanın dövlət müstəqilliyini
Bakısız təsəvvür
etmək mümkünsüz
idi. Müstəqilliyə təzə qovuşmuş,
beynəlxalq aləmdə
hələ tanınmayan
gənc dövlətimizin
isə ərazi bütövlüyünü təmin
etmək imkanları hələ yetərincə
deyildi. Belə bir şəraitdə Osmanlı Türkiyəsi özü çox ağır durumda olmasına baxmayaraq, qardaş Azərbaycanın
ərazi bütövlüyünü
təmin etmək məqsədilə Türkiyənin
hərbi naziri Ənvər Paşanın
qardaşı Nuru Paşanın komandanlığı
ilə hərbi qüvvələrini Azərbaycana
göndərdi. Avropa dövlətlərinin
türk qoşunlarının
Azərbaycana gəlməsinə
etirazlarına baxmayaraq,
qardaş köməyini
əsirgəməyən, ölkəmizi
tək qoymayan Osmanlı Türkiyəsi
1918-ci ilin avqust-sentyabr
aylarında öz tarixi vəzifəsini şərəflə yerinə
yetirdi.
Sentyabrın 15-də Osmanlı türkləri
xilaskarlıq missiyasını
uğurla başa çatdırmaqla, Bakını
işğalçılardan təmizləməklə Azərbaycan
dövlətçiliyinə qardaş töhfələrini
verdi, Azərbaycan
xalqını darda qoymadı. Qəhrəman Türk əsgərlərinin
şücaəti və
qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin
bütün hüdudlarında
təmin etdi. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının
və bolşeviklərin
Bakıda və Azərbaycanın digər
bölgələrində birgə
həyata keçirdikləri
qanlı qırğınlara
və özbaşınalığa
son qoyuldu.
Möhtəşəm və tarixi
qələbədən sonra
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
paytaxtı sentyabrın
17-də Gəncə şəhərindən
Bakıya köçürüldü.
Osmanlı qoşunları Bakının azad olunması üçün
həyata keçirdikləri
hərbi əməliyyatlarda
1130 şəhid verdilər.
1918-ci il sentyabrın 15-də Bakının
azad olunması Azərbaycan-Türkiyə dostluğu
və qardaşlığı
zəminində müstəsna
əhəmiyyət daşıyan
böyük hadisədir.
70 illik sovet
hakimiyyəti illərində
bu hadisənin məqsədyönlü olaraq
yanlış kontekstdə
izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını
heç vaxt unutmadı, onu qəlbində yaşatdı.
Azərbaycan növbəti dəfə
müstəqillik qazandıqdan
sonra hər il sentyabrın
15-də təkcə Bakıda
deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda
şəhid olan türk əsgərlərinin
məzarları ziyarət
olunur. Hər il Şəhidlər
Xiyabanında türk əsgərlərinin xatirəsinə
ucaldılmış abidənin
önündə anma mərasimi keçirilir.
Son iki gündə
Bakıdakı Türk
Şəhidliyi müxtəlif
diplomatik korpus nümayəndələri, hərbçilər,
ictimai-siyasi təşkilatlar,
ayrı-ayrı vətəndaşlar
tərəfindən ziyarət
olunub. Dünən AXCP və Müsavat
Partiyasının fəalları
da Şəhidlər Xiyabanına baş çəkiblər. Onlar Azərbaycan
və Türk şəhidlərinin məzarlarını
ziyarət ediblər.
A.CAMAL
Ekspress.- 2010.- 16 sentyabr.- S. 10.