138-ci
teatr mövsümü
başladı
Təntənəli
açılış mərasimi Sumqayıt Dövlət Musiqili Dram Teatrının
qarşısında keçirildi
Dünən Sumqayıt Dövlət
Musiqili Dram
Teatrının qarşısında Azərbaycan
Teatrlarının 138-ci teatr mövsümünün təntənəli
açılış mərasimi keçirilib.
APA-nın məlumatına görə,
açılış mərasimində çıxış
edən Sumqayıt Şəhər İcra
Hakimiyyətinin başçısı Vaqif
Əliyev yeni istifadəyə verilmiş Sumqayıt Dövlət Musiqili Dram Teatrının
qarşısına toplanmış qonaqları salamlayıb və
Azərbaycan teatrlarını təbrik edib.
Başçı Sumqayıt teatrlarındakı yeniliklərdən,
eləcə də bu yaxınlarda daha bir teatr
binasının istifadəyə veriləcəyindən söz açıb.
Mədəniyyət və turizm
naziri Əbülfəs
Qarayev də bütün teatr işçilərini bayram
münasibəti ilə
təbrik edib və onlara yeni mövsümdə yaradıcılıq uğurları
arzulayıb. Nazir Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının binasının
əsaslı təmirdən
sonra istifadəyə veriləcəyini və bundan sonra daha
möhtəşəm tamaşaların
hazırlanacağını diqqətə çatdırıb.
Ə.Qarayev eləcə də
cari il
ərzində Azərbaycanda
teatrla bağlı bir neçə beynəlxalq tədbir və festivalların keçiriləcəyini, yeni
tamaşaların hazırlanacağını
və ciddi islahatların aparılacağını
qeyd edib. Nazir bütün bunların Azərbaycan teatrının
inkişafına zəmin
yaradacağını bildirib.
Sonra Azərbaycan Dövlət Teatr Muzeyi və
Azərbaycan Milli Kitabxanası tərəfindən
hazırlanan, Milli Teatrın 138 illiyinə həsr olunmuş səyyar sərgi və kitab sərgisi
Sumqayıt Teatrının
qarşısındakı meydanda
nümayiş olunub.
Daha sonra tədbirdə
Azərbaycanın bütün
teatr kollektivlərinin
ifasında hazırlanmış
səhnəciklər nümayiş
etdirilib. Açılış mərasimində xalq artistləri Azər Zeynalov, Faiq Ağayev, müğənni Röyanın
ifasında mahnılar
səslənib.
Ekspress.- 2010.- 14 sentyabr.- S.14.