Bakıda növbəti "Baku Yazz Festival"

 

Oktyabrın 16-da Bakıda növbəti "Baku Yazz Festival" start götürür. Festival oktyabrın 30-dək davam edəcək. Bu dəfə təşkilatçılar Mədəniyyət Turizm Nazirliyi, Bakı Caz Mərkəzi, Azərbaycan Mədəniyyətinin Dostları Cəmiyyəti konsertlərin təşkili ilə məşğul olan "Sweet rroduction"dır. Bu barədə Turana "Sweet production" rəhbərliyindən bildiriblər.

Caz festivalının rəsmi açılışı saat 19.00-da Heydər Əliyev Sarayında olacaq.

Caz festivalının proqramı aşağıdakı kimidir:

17 oktyabr -Meta Byanko- Heydər Əliyev Sarayı.

18 oktyabr -Emin Əfrasiyaboğlu Rain Sultanov- Beynəlxalq Muğam Mərkəzi.

19 oktyabr -İsfar Sarabski- Dövlət Filarmoniyası.

20 oktyabr -"Shakatak" qrupu- Heydər Əliyev Sarayı.

21 oktyabr -"Yeni adlar" qrupu: Əfqan Rəsulov, Elçin Şirinov- Beynəlxalq Muğam Mərkəzi.

22 oktyabr -Cəmil Əmirov- Rus Dram Teatrı.

23 oktyabr -gitaraçı Al Di Meola- Heydər Əliyev Sarayı.

23 oktyabr -Omar (live)- Bakı Caz Mərkəzi.

24 oktyabr -Monti Aleksandr- Dövlət Filarmoniyası.

25 oktyabr -Artur Dutkeviç- Beynəlxalq Muğam Mərkəzi.

25 oktyabr -Salman Qəmbərov Vernet Enqler- Beynəlxalq Muğam Mərkəzi.

26 oktyabr -Viyay Iyer Trio- Dövlət Filarmoniyası.

27 oktyabr -Emil İbrahim Kestutis Vaiqnis- Dövlət Filarmoniyası.

28 oktyabr -Keyko Matsui- Heydər Əliyev Sarayı.

29 oktyabr -Leimage: Mike Mainieri, Tony Levin, Steve Gadd, Warren Bernhardt, David Srinozza- Rus Dram Teatrı.

29 oktyabr -"Yazzamor" qrupu- Caz Mərkəzi.

30 oktyabr -Diana Rivs- Dövlət Filarmoniyası.

Bütün konsertlərə biletləri şəhərin kassalarında əldə etmək olar. Biletlərin qiyməti 5 manatdan 90 manatadək dəyişir.

Qeyd edək ki, Bakıda ilk "Qızıl payız" musiqi festivalları 60-cı illərin ortalarında keçirilirdi. Vaqif Mustafazadə, Rafiq Babayev başqaları bu festivallardan sonra məşhurlaşıblar. Sonradan festivallar qeyri-müntəzəm böyük çətinliklərlə keçirildi -1974 1983-cü illərdə.

Caz festivalları 2003-cü ildə Amerikanın "American Voices" QHT-si sayəsində bərpa olundu.

Son illər Azərbaycanın müxtəlif təşkilatları festivalların təşkilini öz üzərlərinə götürüblər. Onlar arasında "Azeronline" şirkəti onun baş direktoru Nuri Əhmədov xüsusi fəallıq göstərib ("Turan").

 

 

Ekspress.- 2010.- 16 sentyabr.-S.10.