"Best model of Azerbaijan -2010" start götürdü
Erkan Özerman: "Builki müsabiqə bir milli mədəniyyət hadisəsi olacaq"
Dünən "Park İNN" otelində Azərbaycanda 10-cu dəfə
keçiriləcək "Best model of
Azerbaijan -2010" yarışması ilə əlaqədar olaraq mətbuat konfransı keçirilib. Tədbirdə "Best model of the World" müsabiqəsinin prezidenti
Erkan Özerman, əməkdar incəsənət
xadimi Fəxriyyə Xələfova, Validə Abbasova, Lyubov Qutorova və stilist Anar Ağakişiyev
iştirak edib.
Erkan Özerman ilk olaraq vurğulayıb ki, builki müsabiqə
"Best model of Azerbaijan"ın Azərbaycanda ilk təşkilatçısı,
Bakıda vəfat edən mərhum biznesmen Nahid Kabakçının xatirəsinə
ithaf olunur: "Bura Nahid Kabakçının
dəvətilə gəlmişdim.
İlk iki yarışmanı da Azərbaycanda o təşkil etmişdi.
Ümumiyyətlə, Nahid bəy
Azərbaycanla Türkiyə
arasında tək mədəniyyət deyil, digər sahələrdə
də layihələrə
imza atıb. Nahid Kabakçı Bakını
çox sevirdi. Elə çox sevdiyi Bakıda da ürək tutmasından vəfat etdi. Cənazəsini Türkiyəyə apardıq. Bu il yubiley ili olduğundan, yarışmanı Nahid Kabakçının xatirəsinə
ithaf edirik. Düşünürük ki, bununla onun ruhunu da
şad etmiş olarıq".
E.Özermanın sözlərinə görə, "Best model of Azerbaijan -2010" digərlərindən fərqlənəcək. Fərq isə indiyədək yarışmanın təşkilində
iştirak edən şəxslərin komanda halında bir araya gəlməsində olacaq: "Müsabiqənin
əsas təşkilatçılığı
Validə Abbasovaya və Anar Ağakişiyevə
həvalə olunub. Amma digər şəxslər
də - Fəxriyyə
Xələfova, Lyubov Qutorova, Aygün Kazımova, Ruhi öz köməyini əsirgəməyəcək. Hamı əl-ələ verib bir komanda şəklində
işləyəcək. Builki müsabiqə bir milli mədəniyyət hadisəsi olacaq və əvvəlkilərdən
fərqlənəcək".
Fəxriyyə Xələfova da
çıxışında "Best model
of Azerbaijan-2010"-un maraqlı
və fərqli olacağına inandığını
qeyd edib: "Bu müsabiqə ilk dəfə
keçiriləndə ölkə
üçün böyük
bir yenilik oldu. Yaxşı nəticələr də qazanıldı.
O vaxtdan mən bu yarışmaya dəstək vermişəm.
Bu il də
elə olacaq. Dəstəyimi əsirgəməyəcəyəm
və əlimdən gələn köməyi edəcəyəm. Amma təşkilatçılıq
mənim səlahiyyətimdə
deyil. Çünki mən həmişə
demişəm ki, təşkilati məsələlər
olduqca ciddi prosesdir. Onu yalnız bilənə
həvalə etmək
lazımdır".
Müsabiqənin rəhbəri Validə
Abbasova çıxışında
qeyd edib ki, vaxt az olduğundan müsabiqənin seçim
turuna model agentlikləri
tərəfindən təqdim
edilən peşəkar
modellər cəlb olunacaq. Ancaq özünü sınamaq
istəyən gənclərə
də şans veriləcək.
"Best model of Azerbaijan -2010" yarışmasının
prezidentləri Anar Ağakişiyev və Validə Abbasova bu müsabiqənin yüksək səviyyədə
təşkil olunması
üçün əllərindən
gələni əsirgəməyəcəklərini
vurğulayıblar.
Yeri gəlmişkən, bu il "Best model of the
World" müsabiqəsi dekabrın
11-də İstanbulda baş
tutacaq. Bu barədə
"Best model of the World" müsabiqəsinin
prezidenti Erkan Özerman jurnalistlərlə
söhbətində deyib.
O bildirib ki, müsabiqənin İstanbulda
keçirilməsinin səbəbi
bu şəhərin
2010-cu ilin Avropa mədəniyyət paytaxtı
seçilməsi ilə
əlaqədardır.
E.Özermanın sözlərinə görə,
hər il
olduğu kimi, bu il də
müsabiqəyə dünyanın
90 ölkəsinin təmsilçisi
qatılacaq. O vaxta qədərsə hər ölkə özünün
təmsilçisini müəyyənləşdirəcək.
"Best model of Turkey" isə oktyabrın 14-də məlum
olacaq.
Qeyd edək ki, bir müddət
əvvəl "Best model of
Azerbaijan-2010" müsabiqəsinin xalq artisti Aygün
Kazımovanın təşkilatçılığı
ilə keçiriləcəyi
barədə məlumatla
yayılmışdı. Xəbəri müğənni özü
də təsdiqləmişdi:
"Yarışmanın dünya
üzrə prezidenti Erkan Özərman qarşısında bəzi
şərtlərim var. Qəbul
edəcəyi təqdirdə
yarışmanın prezidenti
mən olacam".
Məsələyə aydınlıq gətirən A.Kazımova
qarşıdakı bir
sıra layihələrinin
həllini düşünərək
layihədən imtina etdiyini söyləyib:
"Məndə belə
bir ideya yaranmışdı ki, builki yarışmanın təşkilatçılığını öz üzərimə götürüm və bunu yaxın dostum olmuş, artıq haqq dünyasına qovuşan Nahid Kabakçıya həsr edim. Amma sonradan gördüm ki, qarşıda planlaşdırdığım layihələrlə həmin
yarışma üst-üstə
düşür. Mən təşkilatçı
olmaq yox, oxumaq istəyirəm.
Ona görə də, model yarışmasının prezidentliyi
fikrindən daşındım.
Amma mənim "Best Model of Azerbaijan -2010"-la əlaqələrim tamamilə
kəsilmir. Mən sözügedən
model yarışmasının münsiflər heyətinin
üzvlərindən biri
olaraq seçilmişəm.
Yeri gəlmişkən, bu işdə Validə Abbasovaya da öz
xeyir-duamı vermişəm".
Aygün Kazımova sonda bildirib ki, tezliklə "Yeni ulduz" mahnı müsabiqəsinin
münsiflər kürsüsündə
oturacaq.
Bundan başqa o, ATV telekanalında efirə çıxacaq yeni tele-layihələrdən birinə
aparıcılıq edəcək.
AYXAN
Ekspress.- 2010.- 17 sentyabr.- S. 14.