"Ölüm növbəsi"

 

Filmin premyerası keçirildi

 

Sentyabrın 21-də dövlət sifarişi ilə "Sınaq-film" Prodüser Mərkəzində çəkilmiş "Ölüm növbəsi" bədii filminin premyerası keçirilib.

Teatr Xadimləri İttifaqının tamaşa salonunda nümayiş etdirilən filmin quruluşçu rejissoru Fikrət Əliyev, ssenari müəllifləri İlqar Fəhmi, Fikrət Əliyev, operatoru Rafiq Quliyev, bəstəkarı Rauf Əliyev, prodüseri Tofiq Musayevdir. Filmdə Şamil Süleymanov, Abbas Qəhrəmanov, Qorxmaz Əlili-Canzadə, Aytac Nuri, Mirkamil Kamilov, Cahangir Novruzov, Mirzə Ağabəyli və başqaları çəkiliblər. Filmin ssenari müəlliflərindən biri olan İlqar Fəhmi bildirib ki, Bakıətrafı kəndlərin birində baş verən dramatik əhvalatın mərkəzində mənəviyyat və əxlaq, məhəbbət və sədaqət məsələləri durur: "Bu gün təqdim olunan filmi biz ötən il təhvil verməli idik, ancaq bir az gecikdik. Film "Ölüm növbəsi" adlansa da, həyata nikbin baxışdır. Filmin çəkilişləri əsasən Buzovnada aparılıb".

  

 

AYXAN

 

Ekspress.- 2010.- 23 sentyabr.-S. 14.