Xalidə
Quliyeva "Səkkizinci göy"də
Aktrisamız İranda filmə çəkilib
Azərbaycanlı aktrisa Xalidə Quliyeva İran kinematoqrafçılarının lentə
aldıqları "Səkkizinci göy"
bədii filmində baş rola
çəkilib. Aktrisadan
aldığımız məlumatda bildirilir
ki, filmdə onun tərəf
müqabili İranın
tanınmış aktyoru Məhəmməd
Kasibidir. Filmdə onun
övladları rolunda isə Azərbaycandan
Qurban Məsimov və Zülfiyyə Alhüseynova çəkilib.
Filmin ssenari müəllifi və
rejissoru Həsən ağa Nəcafi,
prodüseri Camal
Şürja,
operatoru Məhəmməd Taqi Paksima, səs rejissoru Məhəmməd Muxtaridir.
Aktrisanın sözlərinə görə,
filmin çəkilişləri 26 gün
davam edib. Filmin
mövzusu övladları ziyarət üçün İrana
gedən azərbaycanlı qadının başına gələn
hadisələrdən bəhs edir. Orada təsadüfi bir
hadisə nəticəsində oğlu xəstəxanaya
düşür. Bütün
hadisələr bundan sonra
başlayır, filmin süjet
xətti açılır. Ekran əsərinin
ideyası budur ki, insanlar bir-birinə yaxınlaşsa, dayaq dursa, dərdlər,
problemlər də çözülər.
Filmin premyerası yaxın vaxtlarda Tehranda keçiriləcək,
Azərbaycan tamaşaçılarına
isə Heydər Əliyev Sarayında təqdim olunacaq.
AYXAN
Ekspress.- 2010.- 24 sentyabr.- S. 14.