İranda
Azərbaycan Mədəniyyət Günləri
açıldı
Dünən İranın
paytaxtı Tehran şəhərində Azərbaycan
Mədəniyyət Günlərinin təntənəli
açılış mərasimi keçirilib.
Bu barədə APA-ya
məlumatı İranda səfərdə
olan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov
verib.
Mətbuat katibinin sözlərinə
görə, açılış
mərasimində İran
prezidentinin müşaviri,
Mədəniyyət və
İslami əlaqələr
Təşkilatının sədri
Mehdi Müstafəvi, Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev və İranın İslami irşad və mədəniyyət naziri Seyid Məhəmməd Hüseyni çıxış
ediblər.
Çıxışçılar İranda Azərbaycan Mədəniyyət
Günlərinin keçirilməsinin
əhəmiyyətini, hər
iki xalqın oxşar mədəni köklərə və dəyərlərə malik
olduğunu, xalqlarımız
arasında mədəni
irs sahəsində
əməkdaşlığın genişləndirilməsi və
qorunmasının zəruriliyini
vurğulayıblar. Eləcə də
Azərbaycanın işğal
altında olan ərazilərində mədəni-tarixi
abidələrin dağıdılması,
Azərbaycanın muğam
beşiyi olan Şuşanın işğalda
olması təəssüflə
diqqətə çatdırılıb.
İ.Hümbətov deyib ki,
açılış tədbirində
bir sıra ölkələrin diplomatik
korpus nümayəndələri,
xarici qonaqlar iştirak ediblər.
Rəsmi hissədən sonra baş tutan bədii-ədəbi gecədə Azərbaycan musiqiçiləri xüsusi
proqramla çıxış
ediblər. Qara Qarayev
adına Azərbaycan Dövlət Kamera Orkestri, xalq artisti Mənsum İbrahimov,
Anar Şuşalı və
başqalarının ifası alqışlarla
qarşılanıb. Proqramda "Qarabağ şikəstəsi" də ifa olunub.
İ.Hümbətov açılışda,
eyni zamanda, Azərbaycan fotoqraflarının
70-ə yaxın fotosunun
və kitabların nümayişinin təşkil
olunduğunu da deyib. Sabah isə Azərbaycan
Mədəniyyət Günləri
Təbriz şəhərində
davam etdiriləcək.
İ.Hümbətov onu da
bildirib ki, mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev dünən İran prezidentinin müşaviri,
Mədəniyyət və
İslami Əlaqələr
Təşkilatının sədri
Mehdi Müstafəvi ilə görüşüb. Görüşdə İranda keçirilən
Azərbaycan Mədəniyyət
Günlərinin əhəmiyyəti,
qarşılıqlı mədəniyyət
mübadilələrinin rolu
xüsusi vurğulanıb.
Görüşdə iki ölkə
arasında mədəniyyətin
müxtəlif - kitab nəşri, kino, nəşriyyat işi sahəsində, incəsənət
xadimlərinin qastrollarının
və sərgilərin
təşkili, əməkdaşlıq
məsələləri də
müzakirə edilib.
Görüş zamanı İran və Azərbaycanın birgə
film istehsalı ilə
bağlı razılıq
əldə olunub və İranla Azərbaycan arasında
2013-cü ilə qədər
mövcud olan mədəni əməkdaşlıq
haqqında protokolun icrası ilə əlaqədar xüsusi işçi qrupunun yaradılması barədə
razılığa gəlinib,
bununla əlaqədar müvafiq tapşırıqlar
verilib. Bununla bərabər,
danışıqlar nəticəsində
İran və Azərbaycan klassiklərinin
əsərlərinin həm
azərbaycan, həm də fars
dilində nəşr
olunub yayılması barədə də razılıq əldə olunub.
İ.Hümbətov deyib ki,
sentyabrın 26-da Azərbaycan
nümayəndə heyətinin
İranın islam irşadı və mədəniyyəti naziri
Seyid Məhəmməd
Hüseyni və İran prezidentinin müavini, Turizm, Mədəni İrs və Əl Sənayesi Təşkilatının
sədri Həmid Bəqayi ilə görüşləri olub.
Görüşlərdə Azərbaycan dövlət
müstəqilliyini bərpa
etdikdən sonra İranda ilk dəfə Azərbaycan Mədəniyyət
Günlərinin keçirildiyini
diqqətə çatdıran
Ə.Qarayev qarşılıqlı
mədəni tədbirlərin
əhəmiyyətindən danışıb.
Mədəniyyət günlərinin Tehran
və Təbriz şəhərlərində keçiriləcəyini
diqqətə çatdıran
nazir növbəti belə mərasimlərin Ərdəbil və İsfahan şəhərlərində
də təşkil olunmasını arzu etdiklərini qeyd edib.
H.Bəqayi ilə görüşdə
Azərbaycanla İran
arasında turizm əlaqələrinin inkişaf
perspektivlərindən bəhs
edən Ə.Qarayev deyib ki, hər
il İrandan
Azərbaycana gələn
turistlərin sayı əvvəlki illə müqayisədə təxminən
10% artır: "Azərbaycanda
turistlərin səmərəli
istirahəti üçün
beynəlxalq standartlara
uyğun şərait
yaradılıb".
Ölkələrimiz arasında mədəniyyət və
turizm əlaqələrinin
genişləndirilməsinin əhəmiyyətindən danışan
İran rəsmiləri
Azərbaycanla xoş münasibətlər qurulmasına
xüsusi əhəmiyyət
verildiyini və bu sahədə çox şaxəli əlaqələrin sürətlə
inkişaf etdiyini diqqətə çatdırıblar.
Ekspress.- 2010.- 28 sentyabr.- S. 23.