Tarixi-mədəni
irsin qorunması və təbliği
problemləri
Bakıda bu mövzuda beynəlxalq elmi konfrans başlayıb
Dünən Muzey Mərkəzində
"Tarixi-mədəni irsin
qorunması və təbliği problemləri"
mövzusunda beynəlxalq
elmi konfransın açılışı olub. Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) Memarlıq
və İncəsənət
İnstitutunun təşkil
etdiyi konfransın işində yerli alimlərlə yanaşı,
Qazaxıstan, Özbəkistan,
Türkmənistan, Türkiyə
və İrandan gələn alimlər iştirak edib.
Tədbirdə Azərbaycan tərəfini
Memarlıq və İncəsənət İnstitutundan
başqa, Mədəniyyət
və Turizm Nazirliyi, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Memarlar İttifaqı, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutundan olan məruzəçilər
də təmsil edib.
Konfransın həmsədrləri Memarlıq və İncəsənət İnstitutunun
direktoru, professor Ərtəgin
Salamzadə və Qazaxıstan Memarlıq-İnşaat
Akademiyasının professoru
Gülnarə Abdrasilovadır. İştirakçılar 20 məruzə dinləyərək
onları müzakirə
ediblər.
Konfransda aşağıdakı problemlər nəzərdən
keçirilib:
- Azərbaycan mədəni-irsi
abidələrinin qorunması
vəziyyəti;
- İrsin qorunması,
bərpası və təbliği sahəsində
Türkiyə, İran
və MDB ölkələrinin
təcrübəsi;
- UNESCO-nun Dünya irsi
siyahısına daxil edilən İçərişəhər
qoruğunun memarlıq
abidələrinin konservasiyası
metodları;
- Tarixi memarlıq
irsinin Beynəlxalq dərketmə turizminin inkişafında rolu;
- Şəhər mühitinin
dizaynında tarixi-mədəni
irsin təbliğinin üzərinə düşən
vəzifələr;
- Türk mədəni-irsinin
qorunmasına, onun eyniyyəti, təfsiri və təbliği məsələlərinə xüsusi
diqqət.
AYXAN
Ekspress.- 2010.- 29 sentyabr.- S. 14.