Üzeyir Hacıbəyli- 125
Beynəlxalq
Musiqi Festivalına yekun
vuruldu
Sinqapurun "Tang" simli kvarteti Azərbaycana səfər edib. Kvartet Beynəlxalq Muğam
Mərkəzində konsert
proqramı ilə çıxış edib.
"Üzeyir Hacıbəyli-125"
Beynəlxalq Musiqi Festivalı çərçivəsində
baş tutan proqramda Bethovenin "Böyük fuqa
Or.133", Firəngiz Əlizadənin
"Oazis" və
"Muğamsayağı", Barberin "Simli kvartet Or.11" əsərləri
ifa olunub. Sinqapurlu musiqiçilərin ifası ilə 10 gün davam edən "Üzeyir
Hacıbəyli-125" Beynəlxalq Musiqi Festivalına yekun vurulub.
Qeyd edək ki, Sinqapurun
"Tang" simli kvartetində
Yu-Ying NG, Chek Men ANG, Han Ling Oh və Leslie Tan təmsil olunublar. Sinqapurun ilk klassik simli
kvarteti olan
"Tang" 1992-ci ildə yaradılıb. Kvartet yarandığı
gündən dünyanın
bir çox ölkələrində çıxış
edib.
AYXAN
Ekspress.- 2010.- 30 sentyabr.- S. 14.