Azərbaycan
neftinə həsr olunmuş filmlər bərpa
edilib
Azərbaycan Dövlət Neft Şirkətinin təşəbbüsü
və maliyyə dəstəyi ilə Rusiya
Dövlət Kino-Foto Sənədlər
Arxivində saxlanılan və Azərbaycan neftinə həsr olunmuş 20-dən artıq sənədli film bərpa edilib.
Dövlət Film Fondunun rəhbəri
Cəmil Quliyev APA-ya bildirib ki,
həmin filmlərin elektron versiyası fonda hədiyyə
olunub. Filmlər arasında "Neft mədənləri" (1908), "Neft fontanı" (1929), "Lökbatan"
(1933), "Dənizin dibi neft
verir" (1933), "Xəzər
neftçiləri" (1951) və başqaları var.
Ekspress.- 2010.- 30
sentyabr.- S. 23.