Milli Kitab
Mükafatının onluğu
Siyahıya "Kenterberri" ilə Etimad Başkeçid başçılıq edir
Dünən Milli
Kitab Mükafatının
onluğu rəsmən
açıqlanıb. Tədbirdə Milli Kitab Mükafatının
Təşkilat Komitəsi, ekspertləri, münsifləri, media mənsubları, ictimai
təşkilatların nümayəndələri,
yazıçılar iştirak ediblər.
Açılışda çıxış edən
mükafatın təsisçisi Nigar Köçərli qeyd edib ki, www.mkm.az
saytında onluğa düşən
hər əsərdən bir
parça yerləşdiriləcək
və oxucular arasında
elektron səsvermə aparılacaq. Səsvermənin
qalibi xüsusi diplomla təltif olunacaq. Sonra qısa onluğun siyahısı təqdim olunub. Siyahı belədir:
1. Etimad Başkeçid,
"Kenterberri"
2. Mirmehdi Ağaoğlu,
"Küləyi dişləyən"
3. Məqsəd
Nur, "Şəhər
meri"
4. Natiq Rəsulzadə, "Xunxarlar"
5. Natella Osmanlı, "Mən
axmağam"
6. Nəriman Əbdürrəhmanlı, "Yolsuz"
7. Paşa Qəlbinur, "Qara su"
8. Pərviz, "Yad
dildə"
9. Aslan Quliyev, "Sonuncu"
10. Azər
Abdulla, "Sarı tağ"
Qeyd edək ki, münsiflər
heyətinə yazıçı
Afaq Məsud, yazıçı Çingiz
Abdullayev, ssenarist Rüstəm İbrahimbəyov,
"Zerkalo" qəzetinin
baş redaktoru Elçin Şıxlı,
kinorejissor Ramiz Fətəliyev, xalq şairi Vaqif Səmədoğlu, BDU-nun professoru
Rəbiyyət Aslanova,
"525-ci" qəzetinin baş
redaktoru Rəşad Məcid, "Xəzər"
Universitetinin rəhbəri
Hamlet İsaxanlı, aparıcı-jurnalist
Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, tarix elmləri doktoru, BDU-nun professoru Cəmil Həsənli, AMEA-nın müxbir üzvü,
professor Rafiq Əliyev,
fəlsəfə doktoru,
AİU-nın professoru
Niyazi Mehdi, "Qanun" nəşriyyatının
sahibi Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev və
rejissor Mehriban Ələkbərzadə daxildirlər.
Qaliblərə birinci yer üç min, ikinci yer iki min, üçüncü
yer üçünsə
min manat pul mükafatı veriləcək.
Amerika yazıçısının ingilis
dilindən azərbaycan
dilinə ən yaxşı tərcüməsi
isə Amerika səfirliyi tərəfindən
1000 manatla mükafatlandırılacaq.
Xatırladaq ki, MKM "Bakcell"
şirkətinin baş
sponsorluğu və
"Unibank" ASC-nin
rəsmi sponsorluğu
ilə təsis olunub. Mükafatın təsisçisi "Əli və Nino" Nəşriyyat Evidir.
AYXAN
Ekspress.- 2011.- 1 aprel.- S.22.