Mir Cəfərin
məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda ötən əsrin
ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin
dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur
məhkəməsi olmuşdur.
Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv
materialları əsasında
araşdırıb.
Arxiv sənədlərindən bəlli
olur ki, 1918-1920-ci illərdə və sonralar özlərini
"Sov.İKP üzvü", "RK(b)P üzvü",
"Bakı limanı təşkilatı" adı
altında təqdim edən ermənilərin əksəriyyətinin
cildini dəyişmiş qatı daşnaklar olduğunu Mir Cəfər
Bağırov aşkara çıxarmışdır.
2000-ci ildə "Elm" nəşriyyatı
tərəfindən buraxılmış "Azərbaycan
tarixi"nin altıncı cildində (məsul redaktoru
C.B.Quliyevdir) daşnaklarla barışmaz mübarizə aparmış
Mir Cəfərə belə qiymət verilir: "Sərt,
amansız xarakteri və ciddi işgüzarlığı ilə
fərqlənən M.C.Bağırov ÜİK(b)P Zaqafqaziya
Diyar Komitəsinin birinci katibi L.Beriyanın yardımı və
köməyi sayəsində tezliklə Azərbaycan partiya
aparatında işləyənləri özünə sadiq
kadrlarla əvəz edir, respublikada vahid rəhbərliyə
nail olurdu. "Kişi", "xozeyin" ləqəbini
qazanan M.C.Bağırov xüsusilə güc
orqanlarının fəaliyyətini diqqət mərkəzində
saxlayaraq, onların hər hansı əməliyyatlarından xəbər
tutur və onları istiqamətləndirirdi".
2001-ci ildə "Azərbaycan
tarixi"nin yeddinci cildi ilə XXI əsrə qədəm
qoyan məşhur ensiklopediyaçı və akademiklərsə
yenə də çağdaş tariximizi Mir Cəfər
Bağırovun məhkəməsinin saxta materialları əsasında
millətə sırımağa cəhd edirlər.
Onların "elmi" məxəzi
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının məhkəmə
katibi kapitan Afanasyevin "əslilə düzdür"
yazıb imzaladığı 1956-cı il 26 aprel tarixli
ittihamnaməsindən fərqlənmir. Həmin ittihamnamədə
oxuyuruq: "Hələ 1918-ci ildə, ağlı
başında, kamil bir şəxs ikən Bağırov
burjuaziyaya xidmət edib. Bağırovun erməni
qırğınında iştirakı Qubada hamıya məlumdur".
Ləqəbi naməlum ay
"xozeyin" alimlər! "Ağlı başında olan
kamil" gəncin, seyid övladı Mir Cəfər
Bağırovun Qubada erməniləri qırması kişilikdən
deyil? Bu ibrətamiz kişiliyi iyirmi birinci yüzilliyin 10-cu
ilində milli qəhrəmanımız, seyid övladı
Mübariz İbrahimov təkrar etmişdir, Mir Cəfər
Bağırovun 1918-ci ildə, oğlu Cahangirin 1943-cü ildə
daşnaklarla necə rəftar etməyini nümayişkaranə
göstərmişdir.
1956-cı il 26 aprel tarixli ittihamnamədə daha sonra
oxuyuruq: "Beriyanın təşəbbüsü ilə
1933-cü ildə Rubenov Azərbaycan K(b)P MK-nın katibi vəzifəsindən
azad edildi və onun yerinə Bağırov təyin edildi".
Beriya özü Bağırovun Azərbaycan K(b)P MK-nın
katibi vəzifəsinə təyin olunması təfərrüatını
belə dəqiqləşdirdi: "Bəli, o vaxtlar Xalq
Komissarları Sovetinin sədri vəzifəsində işləyən
Bağırovu Azərbaycan KP-nin katibi vəzifəsinə mən
namizəd göstərmişəm".
Azərbaycan Prezidenti İşlər
İdarəsi Siyasi Sənədlər Arxivində saxlanılan
materiallar sübut edir ki, Rubendən sonra Bağırovun Azərbaycana
başçılıq etməsində Lavrenti Beriyanın rolu
olub. Əks halda, Azərbaycanı daşnak rəhbərlərin
- mirzoyanların, mikoyanların, rubenlərin iblis torundan xilas
etmək müşkülə çevriləcəkdi.
XXI əsrdə ötən
yüzilliyin tarixini quraşdıranlar bu suala cavab vermirlər:
nəyə görə Azərbaycanda S.M.Kirov 5 il,
L.İ.Mirzoyan 4 il, V.İ.Polonski 4 il birinci katib olmuş, Ruben
isə 1933-cü il fevralın 6-dan həmin il dekabrın 10-dək
vur-tut 10 ay işləmiş, yenidən göndərildiyi məkana
- Moskva şəhərinə qaytarılmışdır? Rubenin
Azərbaycan K(b)P MK-nın birinci katibi vəzifəsindən
götürülməsində Beriyanın rolu nədən
ibarət olmuşdur? Beriyaya da, Bağırova da Rubenin Azərbaycan
Xalq Cümhuriyyəti dövründə qanuni hökumətə
qarşı daşnak mövqeyi bəlli idi. O zaman yalnız
iki dosta məlum olan həqiqət indi arxiv sənədi kimi
saxlanılır. Tanış olun:
"Ermənistan
Respublikası Daxili İşlər Nazirliyinə
Qarabağ Erməni Milli Şurasına vədinizə müvafiq olaraq, Arzumanyan ingilis komandanlığı yanında
hökumətdə nümayəndə təyin etmişdir. Hökumətin
qərarı ilə Sizə ayda dörd yüz min (400.000) manat göndəriləcəkdir.
Hesabınıza Zəngəzura milyon manat keçirilmişdir. Sizin dedikləriniz barədə Arzumanyan şəxsən general Tomsona məlumat verəcəkdir.
Bizimlə də, Zəngəzurla da əlaqənin möhkəmlənməsi
üçün qüvvələri
səfərbərliyə almalıyıq.
Xarici işlər naziri
4 aprel 1919-cu il."
Sənədlərdən məlum olur
ki, Azərbaycan Xalq Cümhuriyyəti vaxtı Qarabağda daşnaklarla Ermənistan hökuməti arasında canlı əlaqə körpüsü 1933-cü ilin
on aylıq birinci katibi Ruben imiş.
1919-cu ilin may ayının
4-də daşnakların Qarabağdan
İrəvana Ruben vasitəsilə
gizli aparılmış
məktuba diqqət yetirin:
"Ermənistan hökumətinin
cənab sədrinə
Sizin nəzərinizə çatdırıram ki,
general Şatelvort Bakıda
bəyan etmişdir: Ermənistan hökuməti
razılıq vermişdir
ki, müvəqqəti
olaraq Qarabağ və Zəngəzur Azərbaycan tərəfindən
idarə olunsun. Mənə yazılı sənəd verilməsə də, Qarabağ heyətinin rəisi mayor Mak-Mosen Gorusdan məktub yazıb bildirmişdir ki, o, Gorusda Milli Şuranın tanınmaması barədə
Ermənistanla razılığa
gəlmişdir.
Sizdən xahiş edirəm
ki, Qarabağ və Zəngəzurla əlaqədar məlumat verəsiniz. Məsələnin çox mühüm olduğunu nəzərə
alaraq, dəqiq məlumatlar gətirmək
məqsədilə Rubeni
yanınıza göndərirəm.
Bu məktubda
yazmadıqlarımı Ruben Sizə şifahi şəkildə çatdıracaqdır.
Arzumanov. 4 may 1919-cu il."
1933-cü ilin dekabrından 1953-cü ilədək
Mir Cəfər Bağırovun
Azərbaycan rəhbəri
səviyyəsində bədnam
düşmənlərimizə qarşı apardığı
mübarizəsində "sərt, amansız" mövqeyi barədə
"Düşmənlərindən güclü şəxsiyyət"
kitabının "Azərbaycanda
ermənilər Mir Cəfər
Bağırov dövründə
və sonralar" fəslində ətraflı
bəhs olunmuşdur.
Bu yaxınlarda Azərbaycan
Prezidenti İşlər
İdarəsi Siyasi Sənədlər Arxivində
rastlaşdığım yeni
materiallarla da oxucuları
1935-ci il oktyabr ayının 31-də
Azərbaycan K(b)P MK-nın Büro iclasına təqdim olunmuş materiallar arasında Yeqidyants Yeqişe barədə məsələ də vardır. Arayışda deyilir ki, Yeqidyants Yeqişe Qriqoryeviç 1996-cı ildə
anadan olmuşdur.
1928-ci ildən partiya stajı vardır. Yol ustası vəzifəsində
işləyir. Partiya sənədlərinin
yoxlanılması gedişində
müəyyən edilmişdir
ki, o, partiyaya qəbulu zamanı daşnak ordusunda xidmət etdiyini gizlətmişdir. Bundan əlavə,
Yeqidyants həmkarlar ittifanının pul vəsaitini mənimsəmişdir.
Keçmiş daşnak partiya
üzvlüyündən kənar
edilmişdir.
1950-ci il may ayının 15-də Azərbaycan
K(b)P MK Bürosunda (protokol N129) "Laçın
rayonundan respublika təşkilatlarına ünvanlanmış
imzasız məktubların
yoxlanılması nəticələri
barədə" məsələ
müzakirə olunmuşdur.
M.C.Bağırova ünvanlanmış arayışlar içərisində
Azərbaycan SSR Dövlət
Təhlükəsizliyi Nazirliyi
Laçın rayon şöbəsinin
rəisi mayor Kərimovun
da məxfi məlumatı vardır.
Burada oxuyuruq: "Avetisov Vaqarşak İsakoviç Laçın
rabitə kontorunun rəisi vəzifəsində
işləyir. Əsli Şuşanın
Qaladərəsi kəndindəndir.
Atası
İsak Avetisov inqilabdan əvvəl ortabab kəndli olmuşdur. 1905-ci ildə erməni-türk qırğını zamanı
İsak Avetisov daşnaksütyun partiyasına
daxil olmuş və kənddə bu partiyanın rəhbəri seçilmişdir.
1916-17-ci illərdə İ.Avetisov daşnakların
hərbi qərargahında
çalışmışdır.
Bu qərargah
1918-ci ilin sentyabrında erməni-türk qırğınında
Qaladərəsi kəndi
viran oldu. Vaqarşak Avetisovun atası İsak bu qırğında
erməni tərəfinə
başçılıq edirdi.
Qırğın ilə
əlaqədar Qaladərəsi
əhalisi kənddən
Hazırda Vaqarşak Avetisov
rabitə kontorunun rəisi vəzifəsində
çalışır və
Azərbaycan SSR Dövlət
Təhlükəsizliyi Nazirliyinin
etirazına baxmayaraq,
o, xidməti silah gəzdirir.
Mayor Kərimov.
23 may 1950-ci il."
Mayor Kərimovun
təqdimatı əsasında
"xidməti silahları"
M.C.Bağırovun göstərişi
ilə əllərindən
alınmış keçmiş
daşnaklar baş qərargaha - Kremlə müraciət etmişlər.
Bu cəhətdən 1885-ci ildə anadan olmuş A.T.Qriqoryanın məktubu çox maraqlıdır. ÜİK(b)P Mərkəzi Komitəsinin
İnzibati Şöbəsinin
müdir müavini Q.T.Drozdov yoldaşın telefon zəngindən sonra M.C.Bağırov Azərbaycan K(b)P Bakı Vilayət Komitəsinin katibi Cəmaləddin Maqomayevə tapşırmışdır
ki, A.T.Qriqoryanın məsələsi ilə əlaqədar arayış
hazırlasın. 1952-ci il oktyabrın 6-da Q.T.Drozdov yoldaşa aşağıdakı məktub
göndərilmişdir:
"Sizin
bu il oktyabrın
3-də telefon zənginizə
cavab olaraq bildiririk: Qriqoryan Arsen Tumasoviç Bakı şəhəri, Montin qəsəbəsindəki
1-ci Cənub küçəsi,
bina 3, mənzil 24-də
yaşayır, dəmir-beton
məmulatları zavodunda
dispetçer işləyir,
aylıq əmək haqqı 700 manatdır.
Bundan əlavə, qocalığa
görə ayda 150 manat məbləğində
pensiya alır. Ailəsi üç nəfərdən
ibarətdir. Arvadı
Qriqoryan Qerseliya Avetovna 1900-cü il
təvəllüdlüdür, məvacibi ayda 450 manatdır. Qızı Adelina 1930-cu il
təvəllüdlüdüh, Azərbaycan Tibb İnstitutunun 5-ci kurs tələbəsidir.
Hələ
1948-ci il may ayında A.T.Qriqoryan yoldaş ÜİK(b)P MK-ya müraciətində inqilab
hərəkatında xidmətlərini
nəzərə alaraq,
ona fərdi təqaüd kəsilməsini
xahiş etmişdi. Həmin ərizə baxılmaq üçün
Azərbaycan K(b)P MK-ya göndərilmiş və yoxlanılmışdır.
Məlum
olmuşdur ki, Marks-Engels-Lenin İnstitutunun Azərbaycan Filialı partiya arxivində və Azərbaycan Daxili İşlər Nazirliyinin arxiv şöbəsində Qriqoryan
Arsen Tumasoviçin inqilabi fəaliyyətinə
aid heç bir sənəd yoxdur. Ancaq bu məlumat
vardır ki, o, 1888-ci ildə anadan olmuş, 1919-cu il
oktyabr ayında Şuşada partiya sıralarına daxil olmuşdur. 1922-ci il oktyabrın 14-də
partiyada təmizləmə
komissiyasının qərarı
ilə 1919-cu ildən
partiya üzvü Qriqoryants Arsen Tumasoviç partiyadan öz şəxsi mənafeyi məqsədilə
istifadə etdiyinə
görə xaric edilmiş və
1950-ci il iyul ayının 26-da
Qriqoryan Arsen Tumasoviç bu dəfə SSRİ Ali Soveti Rəyasət
Heyətinə ona fərdi təqaüd verilməsi barədə
müraciət etmişdir. Bizim tərəfimizdən
A.T.Qriqoryan yoldaşa bir daha bildirilmişdir ki, ona inqilabi xidmətlərinə
görə fərdi təqaüd verilməsinə qanuni əsas
yoxdur."
Mir Cəfər Bağırov
yaxşı bilirdi ki, 1919-cu ildə Azərbaycan Xalq
Cümhuriyyəti dövründə Qriqoryan Arsen Tumasoviç
Şuşada "inqilabi" yox, əksinqilabi daşnak
işi aparmışdır.
(ardı var)
Teyyub Qurban
Ekspress.- 2011.- 2-4 aprel.- S. 15.