Kəlbəcər
talan edilir
Rayonun işğalından
18 il ötür
Bu gün Kəlbəcər rayonunun
işğalından 18 il keçir. Rayon
1993-cü il aprelin 2-də Ermənistan
silahlı qüvvələri
tərəfindən işğal
edilib. İşğal zamanı rayon əhalisinə
divan tutulub, dədə-baba
torpaqlarından didərgin
salınıb. İşğal
50 min nəfərə yaxın
adamın məcburi köçkün olmasına,
55 hərbçimizin və
511 mülki şəxsin
şəhid olub, 321 nəfər əsir götürülməsinə səbəb
olub.
İşğal
zamanı Kəlbəcər
rayonu ərazisində
sənaye əhəmiyyətli
ehtiyatları 112,5 ton olan
və istismar olunan Söyüdlü və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları; sənaye əhəmiyyətli
ümumi ehtiyatları
850 ton olan 3 Ağyataq,
Levçay, Çorbulaq
və ehtiyatları
200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları; ehtiyatları 10941 min m3 olan
və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı; ehtiyatları 131" min m3 olan
və kərpic istehsalına yararlı Keşdək gil yatağı; ehtiyatları
4473 min m3 olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı; ümumi ehtiyatları 2,2 mln. m3 olan 2 üzlük daşı yatağı, ehtiyatları 2540 min m3 olan
Çəpli qum-çınqıl
qarışığı yatağı;
gözəl dekorativliyə
malik 4 mərmər oniksi, nefroid yatağı; ehtiyatları
2337 ton olan 1 obsidian yatağı,
ehtiyatları 1067 min m3 olan
1 listvenit yatağı
qalıb. Kəlbəcərə dünya şöhrəti
qazandıran Yuxarı
İstisu, Aşağı
İstisu, Keşdək,
Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji
təsirə malik
mineral su yataqları da işğal ərazisində yerləşir.
Murovdağ, Şahdağ, Vardenis,
Mıxtökən, Qarabağ
silsiləsinin və Qarabağ yaylasının
bir hissəsinin əhatəsində yerləşən
Kəlbəcər şəhərinin
ən yüksək zirvələri Gamış
dağı və Dəlidağdır. Ərazidə Yura, Təbaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə
və vulkanik süxurları yayılmışdır.
Ən böyük çayı Tərtər və onun qolları Lev çayı, Tutqunçay
və başqalarıdır.
Kəlbəcər rayonu ərazisində
4 mindən artıq müxtəlif növ bitkilərdən 200-ə qədəri
dərman bitkiləridir.
Rayonun mərkəzi və şimal hissəsində enliyarpaqlı meşələr
(palıd, fıstıq,
vələs), meşə-çöl
bitkiləri, yüksək
və qismən orta dağlıqda alp və subalp çəmənlikləri geniş
yer tutur. Dağ keçisi, qonur ayı, çöl donuzu, daşlıq dələsi,
ular, qartal və s. bu yerlər
üçün xarakterik
fauna növləridir.
ETSN işğal
altında qalan Kəlbəcər rayonunun
təbii sərvətlərinin
18 ildir ki, talan edildiyini bəyan edir. Qurumun məlumatına görə,
işğal altında
olan Sərsəng su anbarı da 1976-cı ildə Tərtər çayı
üzərində inşa
edilib. Onun ümumi su tutumu 560 milyon m3, bəndinin hündürlüyü
125 metrdir. Tərtər
çayının yığıldığı
bu nəhəng su anbarının sağ və sol sahilindən çıxan
magistral kanallar vasitəsilə Tərtər,
Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının ümumilikdə
79000 hektar əkin sahəsi suvarılırdı.
Sərsəng su anbarı
işğal altında
olandan bəri ermənilər illik su sərfinin 85-90 faizini qəsdən, su lazım olmayan
vaxtlarda, xüsusilə
qış aylarında
buraxırlar. Lazım olan
vaxtlarda isə illik su normasının
10-15 faizini buraxırlar
ki, bu da
suyun səviyyəsinin
aşağı düşməsinə
və suvarmanın qeyri-mümkünlüyünə səbəb olur. Əkin sahələrinə xeyli ziyan dəyir, yaşıllıqlar susuzluqdan
quruyaraq məhv olur, ciddi ekoloji
gərginlik yaranır.
Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan
400 min nəfər əhali
isə daim təhlükə altındadır.
Kəlbəcər
rayonunun
1988-ci ildə aparılan son meşə quruluşu işlərinə əsasən
Kəlbəcər meşə
təsərrüfatının ərazisi 32774 hektar təşkil edirdi. Bundan əlavə rayonda 8676 hektara yaxın kolxoz və sovxoz meşələri, qiymətli
balıq növləri
olan çayların ətrafında yerləşən
13471 hektar qoruq meşələri, 15531 hektar
ətraf mühitin mühafizəsi əhəmiyyətli
meşələr, 274 hektar
yaşıllıqlar, 80 hektar
meşə-park zonası
var idi.
Meşələrdə
bitən ağac və kolların bir neçəsi Azərbaycanın "Qırmızı
kitab"ına daxil edilib. Kəlbəcər rayonunda dəniz səviyyəsindən 1500-2100 metr
hündürlükdə bitən
Ayıfındığı və ya ağacvarı
fındıq bunlardan biridir. Bəzi Ayıfındığı ağacının hündürlüyü
25 metrə, diametri
48-120 santimetrə çatırdı.
Bu ağacın oduncağı qiymətli mebel materialı kimi ermənilər tərəfindən qırılaraq
Ermənistana aparılır.
Aytən NƏBİYEVA
Ekspress.- 2011.- 2-4 aprel.- S.5.