Ramiz Əzizbəylinin
cızma-qaraları
Rejissor ilk kitabını təqdim
etdi
Dünən Yazıçılar
Birliyinin (AYB) "Natavan"
klubunda xalq artisti Ramiz Əzizbəylinin
"Cızma qaralarım" adlı ilk kitabının təqdimatı və müzakirəsi keçirilib. Kitabda Ramiz Əzizbəylinin 10 ildən artıq bir dönəmdə qələmə aldığı "And içmişəm", "Millət",
"Tövbə" kimi şeirləri,
"Yol", Mıx", "Yuxu" kimi hekayələri və publisistik
əsərləri toplanıb.
Tədbiri açan
AYB katibi Rəşad Məcid Ramiz Əzizbəylini 25 ildir tanıdığını və
dostluq etdiyini deyib: "Kitabının adını çox təvazökarlıqla qoysa
da AYB-nin 10 ildir ki, üzvüdür,
mətbuatda xeyli şeir və hekayələri çıxandan
sonra onu Birliyə üzv etdik".
Çıxışından sonra Rəşad
Məcid mərasimi idarə etməyi yazıçı Elçin
Hüseynbəyliyə təklif
edib. E.Hüseynbəyli
də R.Əzizbəyli
ilə birgə yaradıcılıq işlərindən söz açıb: "Onu
bir rejissor kimi, aktyor kimi
tanıyırdım, indi bir
qələm adamı kimi
kəşf etdim.
İstedadlı insan hər
sahədə özünü
realizə edə bilir. Odur ki,
bu, hamı üçün gözlənilməz ola bilər, amma mənim üçün onun gözlənilən addımıdır".
Xalq artisti İlham Namiq Kamal da Ramiz Əzizbəylinin fəaliyyətindən
danışıb.
Sonra yazıçı-dramaturq Əli Əmirli,
şairlər
İlyas Tapdıq, Ramiz Rövşən Ramiz Əzizbəylinin
"Cızma qaralarım" haqda rəy
bildiriblər.
Qeyd edək
ki, Ramiz Əzizbəyli 9 yaşından
televiziyada, sonradan teatrda və kinoda çalışır,
"Pirverdinin xoruzu",
"Bəxt üzüyü",
"Yalan" filmlərinin
rejissorudur.
AYXAN
Ekspress.-2011.- 5 aprel.- S. 14.