Əzim Əzimzadə- 130

 

"Rəssam karikatura"

 

Əzim Əzimzadənin yubileyinə həsr olunmuş kitab işıq üzü gördü

 

Aprelin 7-də müsəlman Şərqində ilk satirik jurnal olan "Molla Nəsrəddin" jurnalının 105 illiyi qeyd olunacaq. Bu münasibətlə Azərbaycanın ilk karikaturaçı rəssamı Əzim Əzimzadənin 130 illiyinə həsr olunmuş "Rəssam karikatura" adlı kitab işıq üzü görüb.

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən APA-ya verilən məlumata görə, Bayram Hacızadənin müəllifi olduğu bu kitab əsasən III "Molla Nəsrəddin" Beynəlxalq Karikatura Müsabiqəsinə göndərilən rəsmlər əsasında hazırlanıb.

Kitabın I hissəsində Ə.Əzimzadənin yaradıcılığı fəaliyyəti geniş işıqlandırılıb, görkəmli sənətkarın müxtəlif dövrləri əhatə edən çoxsaylı əsərləri karikaturasevərlərə təqdim olunub. Azərbaycan ingilis dillərində hazırlanmış 280 səhifəlik kitab Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi tərəfindən dünyanın 60 ölkəsindən yüzlərlə rəssama hədiyyə göndərilib.

 

 

Ekspress.- 2011.- 5 aprel.- S.14.