Beynəlxalq forumun proqramı açıqlandı

 

Aprelin 7-9-da Bakıda keçiriləcək mədəniyyətlərarası dialoq üzrə beynəlxalq forumun proqramı bəlli olub. Forum "Sərhədsiz dünyaya doğru" adlı sessiya ilə açılacaq. Sessiyanın açılışında Azərbaycan prezidenti İlham Əliyev, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlu İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin çıxışları nəzərdə tutulub. İlk sessiya sülh inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma mədəni müxtəliflik məsələsinə həsr olunacaq.

Sessiyaya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf tərəfdaşlıq üzrə müşaviri Can Kristof Ba sədrlik edəcəklər. Növbəti sessiya "Daha mənalı dialoqa doğru: mədəniyyət, incəsənət irs" mövzusuna həsr olunacaq. Sessiyaya Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayevlə Avropa Şurasının Mədəniyyət Təbii İrs üzrə direktoru Robert Palmer sədrlik edəcək.

Aprelin 8-də keçiriləcək 3-cü sessiya mədəniyyətlərarası dialoqun aparıcı fiqurları kimi qadınların roluna həsr olunacaq. Sessiyaya Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva UNESCO-nun mədəniyyət mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenu sədrlik edəcək.

Forumun yekunlarına dair mətbuat konfransı keçiriləcək.

 

 

Ekspress.- 2011.- 6 aprel.- S. 23.