Asif Atanın
"Muğam fəlsəfəsi"
Dünən kitabın təqdimatı keçirildi
Dünən Asif Atanın "Muğam fəlsəfəsi" ("Yollaşan aqibət") kitabının təqdimatı keçirilib. Kitabda türk ulusuna, bütövlükdə dünyaya gərək olan müqəddəs irsin fəlsəfəsi, ruhaniyyatı və yaşam tərzi öz əksini tapıb.
Asif Ata Ocağının Yükümlüsü Soylu Atalının sözlərinə görə, Asif Ata 60-cı illərdən başlayaraq muğamın tədqiqi ilə məşğul olub: "Asif Atanı, onun fəlsəfi fikirlərini yaşatmaq çox çətin olub. Buna baxmayaraq, 10 ildir ki, onun sözü eşidilir, fəlsəfi fikirləri səslənir. Bütün bu çətinliklərlə qarşılaşdığımıza görə üzülmürük. Çünki Asif Atanın xalqa gərəyinin nədən ibarət olduğunu anladıq. O, taleyi çox mürəkkəb olan Azərbaycan xalqının çətinliklərdən çıxış yolunu təqdim edib".
Soylu Atalı
Asif Atanın 50-ci ilərdə Moskva Ədəbiyyat İnistutunda
təhsil aldığını,
mifologiyanı, fəlsəfəni,
musiqini, folkloru ciddi şəkildə öyrəndiyini bildirib:
"Sovet dönəmində
azərbaycanlılar haqqında
bir millət kimi düşünməyin
xəta olduğu vaxtda o, muğamı ciddi tədqiq etmək qərarına gəlir".
Soylu Atalı
"Yollaşan aqibət"
kitabında bir neçə əsərin
toplandığını vurğulayıb:
""Atalıq xilqəti"
bölməsində Asif
Atanın kənd həyatından başlayaraq
Ocağın yaradılmasına
qədər olan dövr, "Ömrüm-günüm"
bölməsində fəlsəfi
tərcümeyi-halı, "Bədiyyat" bölməsində
esselər, rübailər,
"Muğam fəlsəfəsi"
bölməsində muğamın
şöbələri, əxlaqiliyi,
dialektik quruluşu yer alıb".
Uluyurd prinsipləri
ilə yükümlü
Abil Ulusoyun sözlərinə görə,
Asif Ata ilk dəfə
muğama fəlsəfi
elm kimi yanaşıb:
"Muğamın tədris
olunmasına baxmayaraq,
onun sufiyanə mahiyyəti kənarda qalmışdı. Sufi
babalarımızın, muğam
yaradan insanların daxilindəki təmizlənmə
kamilliyə apararaq onları öz tanrısıyla bərabərləşdirir.
Sufilər maddiyyatdan qaçıb mənəviyyatı
əsas tutaraq öz məqsədlərinə
yetiblər. Bu baxımdan Asif Ata həqiqi sənət adamlarında
3 əsas cəhətin
olduğunu qeyd edib -təbii hiss, təbii ağıl, təbii sənət".
O, muğamın Güney Azərbaycanda təbliğ olunmadığını da diqqətə çatdırıb: "Güney Azərbaycan 1946-cı ildə dövlət qurmaq istəyini itirdikdən sonra yaradıcılıqdan tam məhrum olub. Güney Azərbaycan bu gün muğam həsrəti ilə yaşayır. Azərbaycan muğamı orada da səslənməli, tədqiq olunmalıdır".
Sonra musiqiçi Səadət Təmirazqızı Asif Atanın fəlsəfi fikirlərinin dərin məna kəsb etdiyini qeyd edib: "Onun "Rast" muğamına verdiyi qiyməti 3 amillə şərh etmək olar: dünya ilə insanın varlığı, dünya ilə insanın varlığının təsdiqi və dünyadan kənarlaşma".
Asif Ata sevər,
Asif Ata aşiqi, Güney Azərbaycandan Aqşin Ağkəmərlinin
sözlərinə görə
isə Asif Ata muğamın mahiyyətində
böyük bir həyat yatdığını
üzə çıxarıb:
"Asif Atanın dünya baxışı bizim unudulmuş kimliyimizi özümüzə
qaytarır".
Aynurə MƏMMƏDOVA
Ekspress.- 2011.- 6 aprel.- S. 14.